Skip to main content

Microsoft 365 Admin Rollar

Salam dostlar,

Bu məqaləmdə sizə "Microsoft 365"-də yer alan bəzi və vacib admin rollar haqqında bəhs edəcəm ki, hər bir rolun özünəməxsus hüquq, funksiya və cəhəti vardır. Beləliklə:

  • Billing Admin - Alışlar, abunəlik və xidmətlə bağlı sorğuları idarə və bu xidmətin keyfiyyətinə nəzarəti təmin edir;
  • Exchange Admin - istifadəçinin e-mail qutusu, "Microsoft 365" qrupları və "Exchange Online"-a baxış və idarəetməni, arxivləşdirmə və silinmə siyasəti konfiqurasiyasını, "anti-spam" konfiqurasiyasını, istifadəçinin silinmiş məlumatlarını (elementləri) bərpa etmək və "fərqli göndərmə (send as)", "adından göndərmə (send on behalf)" funksiyalarını təmin edir;
  • Global Admin - "Microsoft" onlayn xidmətlərində əksər idarəetmə xüsusiyyətləri və məlumatlarına qlobal girişə ehtiyacı olan istifadəçilər üçün təyin edilmişdir. Qlobal admin bütün istifadəçilər üçün parolları sıfırlaya və "domain"-lərin əlavə və idarə edilməsini təmin edir. Əlavə olaraq qeyd edim ki, "Microsoft" onlayn xidmətlərindən qeydiyyatdan keçən şəxs avtomatik olaraq qlobal admin hüququnu əldə edir. Standart olaraq həddindən artıq çox istifadəçiyə qlobal girişin verilməsi təhlükəsizlik riski sayılır ki, 2-4 istifadəçini əhatə edən qlobal adminin olması daha da məqsədə uyğundur;
  • Global Reader - Adından da göründüyü kimi, qlobal oxucu qlobal adminin etdiyi prosesləri eynilə redaktə (yaratma, dəyişmə, silmə və s.) edə bilmir, yalnız oxuya bilir;
  • Groups Admin - "Microsoft 365" idarəetmə mərkəzi və "Azure Active Directory" portalı daxil olmaqla, admin mərkəzlərində qruplar yarada, redaktə edə, silə və bərpa edə bilir. Bundan əlavə qrup admini qrup yaratma, müddət bitmə və adlandırma siyasətlərini həyata keçirir və yeniləməklə yanaşı "Azure Active Directory" təhlükəsizlik qruplarının yaradılması, redaktə edilməsi, silinmə və bərpa edilməsini təmin edir;
  • Helpdesk Admin - yalnız admin olmayan və bu rolları təyin edən istifadəçilərə kömək edə bilir, eləcə də istifadəçi parollarının sıfırlanmasını, istifadəçilərin hesabdan və cihazdan çıxmağa məcbur edilməsini, xidmət sorğularının idarə edilməsi və xidmətin keyfiyyətinə (health) nəzarət edilməsini təmin edir;
  • License Admin - istifadəçilərə müəyyən lisenziyaların təyin edilməsi və silinməsini təmin edir;
  • User Admin - istifadəçi və qrupların əlavə edilməsini, lisenziyanın təyin edilməsini, istifadəçilərin yaradılması və xüsusiyyətlərinin idarə edilməsini, parol (müddətinin bitməsi) siyasətinin yenilənməsini, sorğuların idarə edilməsi və xidmətin keyfiyyətinə (health) nəzarəti təmin edir.
  • Teams Service Admin - bütün "content-lərə giriş huququ vardır və "Teams Admin" idarəetmə mərkəzinin, iclas, görüş və toplantıların idarə edilməsini, görüş və toplantıların bir-birilə bağlılıq (bridges/rooms) prosesini təmin edir;
  • SharePoint Admin - "SharePoint" online idarəetmə mərkəzinə giriş və idarəetməni, saytların yaradılması və silinməsini, eləcə də qlobal "SharePoint" ayar və tənzimləmələrinin həyata keçirilməsini təmin edir.

Dostlar,

Sözsüz ki, "Microsoft 365" cloud platformasında xeyli sayda mühüm admin rollar mövcuddur ki, mən həmin rollardan bəziləri (10 ədədi) haqqında bəhs etdim. Güman edirəm ki, bu məqaləm də bilgi olaraq işinizə yarayacaqdır.

Təşəkkür edirəm və uğurlar!

Hörmətlə,
Müəllif
Araz Əhmədov

Comments

Popular posts from this blog

Fayl Bərpa Alqoritmləri

  Salam dostlar, Bu yazımda sizə fayl bərpa proqramlarının (Recuva, Wondershare, EaseUS Data Recovery və s.) faylları bərpa etməsi haqqında bəhs etmək istərdim ki, məhz bu proqramlar silinmiş məlumatların (şəkil, video, sənəd və s.) geri qaytarılması üçün xüsusi alqoritmlərdən istifadə edir. Bu prosesin texniki tərəflərini izah etmək üçün əvvəlcə bir neçə əsas anlayışı bilmək lazımdır: Silinmiş faylların vəziyyəti Əksər fayl sistemlərində (məsələn, NTFS, FAT32, exFAT) fayl silindikdə, həmin fayl fiziki olaraq diskin üzərindən silinmir ki, bu zaman: Fayl sistemində faylın olduğu yer boş olaraq işarələnir və həmin sahə üzərində yeni məlumat yazıla bilməsi üçün icazə verilir; Faylın "metadata"-ları (fayl adı, ölçüsü, yaradılma tarixi və s.) xüsusi strukturlarda saxlanılır (məsələn, NTFS-də MFT / Master File Table). Bu səbəbdən, fayl silindikdən dərhal sonra onu bərpa etmək mümkündür, çünki həmin məlumat fiziki olaraq diskin üzərində qalır. Ancaq yeni məlumat həmin yerə yazıldıqd...

How To Install WordPress On Rocky Linux 9

WordPress is widely recognized as the preferred platform for building websites and blogs due to its ease of use and wide range of customization features. Suppose you’re considering installing WordPress on Rocky Linux, an open-source operating system known for its reliability. In that case, you’ll find the process to be quite straightforward when coupled with the LAMP stack – Linux, Apache, MySQL, and PHP. In the following article, we will guide you through each step of setting up WordPress on Rocky Linux using LAMP, allowing you to get your website or blog up and running smoothly in no time. So, let’s dive into the process! Install WordPress On Rocky Linux 9 Step 1: Update Your System in Rocky Linux Step 2: Installation process of LAMP Step 3: Install WordPress in Rocky Linux 9 Step 4: Configuration of Database Step 5: Configuration of WordPress Step 6: Configuration of Firewall settings Step 7: Log in to WordPress Step 1: Update Your System in Rocky Linux Before installing any new sof...

NTFS İcazələr

Salam dostlar. Bu məqalədə mən sizə   NTFS Permissions   (icazələr)   haqqında danışacam. Belə ki mövzuya keçməzdən əvvəl NTFS haqqında qısaca bilgi vermək istərdim. NTFS (New Technology File System)   Windows-un yeni bir fayl sistemidir və köhnə fayl sistemi olan FAT32-dən fərqli olaraq NTFS partition həcmini 2TB, fayl həcmini 16TB-dək və fayl adını maksimum olaraq 255 xarakter olaraq dəstəkləyir. NTFS fayl sisteminin loru dilində desək "xəta tolerantlığı" və "avtomatik bərpa" funksiyası da vardır. NTFS və FAT32 arasında ən mühüm fərqlərdən biri, NTFS-də məlumatların şifrələnməsi mövcuddursa, FAT32-də şifrələnmə mövcud deyildir. Yeri gəlmişkən qeyd edim ki, növbəti məqalələrimdən birində sizə   NTFS və FAT32   fayl sistemləri barəsində xeyli və əhatəli məlumat təqdim edəcəyəm. Beləliklə, indi isə NTFS icazələr mövzusuna keçid edək.  NTFS icazələr,   kateqoriya olaraq icazə, yetki və paylaşımlar toplusunu özündə əks etdirir və əsasən qovluq və fay...