Skip to main content

DHCP

Salam dostlar,
Bu məqaləmdə sizə "DHCP" haqqında bəhs edəcəm. Beləliklə:
DHCP nədir?
DHCP - (Dynamic Host Configuration Protocol) kompüter, printer, davamiyyət və kamera cihazı və s. şəbəkə kartı olan bütün cihazlara ip verilməsini təmin edir. Belə ki, əgər ip ünvan mövcud olmazsa, kompüterlər, eləcə də ip ilə qidalanan digər cihazlar bir-birilərilə ünsiyyətdə olmaz və bu zaman onlar arasındakı əlaqə itmiş olar. Ümumiyyətlə, ip təyin etmənin iki cür üsulu vardır, static  dynamic.
"Static" ip, əl ilə təyin etdiyimiz ip ünvandır ki, məhz bu tipli ip ünvanların əsas və dəyişməz (stabil) olan, idarəedən cihazlara (məsələn: server-lərə və s.) təyin edilməsi daha da məqsədə uyğundur. Çünki, ip ünvanları əsas və dəyişməz olan cihazlar (məsələn: server-lər) ip-ni əgər DHCP-dən avtomatik olaraq əldə edərsə, onda "client" adlanan cihazları təmin edən server-də ip-nin kirayə müddəti bitdikdə, həmin server-ə bağlı olan client cihazlar "server" ilə ünsiyyətdə olmayacaq və nəticədə onlar arasındakı əlaqə itmiş olacaqdır ki, bu da bir sıra problemlər yarada bilər. "Dynamic" ip isə əl ilə deyil, əsasən idarə olunan və client adlanan toplu olan cihazlara avtomatik təyin edilir ki, bu zaman hər bir client cihaz müəyyən müddət ərzində ip-ni kirayələyir. Ümumiyyətlə, DHCP server client cihazlara "default" olaraq "8" günlük ip kirayə müddəti təqdim edir. Əlavə olaraq təsəvvür edək ki, İT mühitimizdə onlarca server üçün nəzərdə tutulmuş cihazlar, yüzlərcə və ya minlərcə isə client üçün nəzərdə tutulmuş cihazlar mövcuddur ki, bunların hər birinə ayrı-ayrılıqda static ip ünvan verilməsi məntiqə sığmayan və vaxt aparan bir işdir. Ona görə də, static ip ünvanlar əsasən dəyişməz qalan stabil və az sayda olan server tipli cihazlara, dynamic ip ünvanlar isə tez-tez dəyişən və stabil qalmayan toplu (çox) sayda olan client cihazlara təyin olunur.
DHCP Scope nədir?
DHCP server qurularkən "scope" adlanan platforma təyin edilir ki, məhz bu platformada ip ünvan aralığı, subnet mask, default gateway, DNS və s. ayarlanır və bu zaman şəbəkədə olan server və client cihazlar statik və avtomatik olaraq həmin DHCP scope-dan ip ünvanı alaraq qidalanmağa başlayırlar. Əgər mühit həddindən artıq çox genişdirsə, "Super Scope"- dan istifadə edilir ki, bu zaman bütün scope-lar bir scope adı altında birləşdirilir. Scope-da "exclusion range" adlı hissə vardır ki, həmin hissədə qeyd edilən aralıqlı ip ünvanları DHCP heç bir cihaza təklif etmir. Reservation isə, bir ip ünvanın şəbəkədə olan spesifik bir cihaza təyin edilməsidir. Qeyd edilən həmin anda da DHCP ip ünvanı digər heç bir cihaza təklif etmir. Reservation xüsusiyyətinə görə static-ə bənzəsə də, lakin fərq ondan ibarətdir ki, static-də ip ünvan client cihaza ayarlanır, reservation ip ünvan isə birbaşa olaraq DHCP server-dən client cihazın MAC ünvanı daxil edilməklə ayarlanır. Digər bir məqam isə, ümumiyyətlə, əgər DHCP server sönük vəziyyətdə olarsa və ya çökərsə, şəbəkə kartı olan hər hansı bir cihaz bu zaman "APIPA"-dan ip almağa başlayacaqdır ki, APIPA məhz hər bir cihazın şəbəkə kartında ayarlanmışdır və default olaraq "169" ip ünvanını istifadə edir.
DHCP DORA nədir?
DHCP və client cihaz bir-birilə
 "DORA" vasitəsilə ünsiyyət qurur ki, DORA-nın anlamı aşağıdakı kimidir:
D - "Discover"; 
bu zaman client cihaz ip ünvan əldə etmək üçün axtarışa (kəşfə) çıxır və DHCP-dən ip ünvan tələb edir;
O - "Offer"; 
bu zaman DHCP ip ünvanı həmin client cihaza təklif edir;
R - "Request"; 
bu zaman client cihaz DHCP-dən həmin ip ünvanı əldə etmək üçün sorğu göndərir;
A - "Acknowledgement"; 
bu zaman DHCP tələb olunan həmin client cihazın ip ünvan ilə təmin edilməsi ilə bağlı client cihaza təsdiq mesajı göndərir ki, sonda DHCP ilə client cihaz arasındakı DORA ünsiyyət prosesi də tamamlanmış olur.
DHCP ilə bağlı qısaca əsas qeydlər:
DHCP Relay Agent vasitəsilə client cihazların fərqli subnet-də olan DHCP server-dən ip alınması təmin olunur;
DHCP Authorization, (DHCP server-in qurulması zamanı) aktiv olunarsa, bu zaman DHCP-nin client cihazlara ip təklif etməsi üçün səlahiyyət verilmiş olur. Əks halda DHCP client cihazlara ip təklif etmək imkanında olmur;
DHCP Bindings iki şəbəkə kartı ilə fəaliyyət göstərir və bu zaman (hər iki şəbəkə kartında) fərqli şəbəkələr olan ip ilə bağlı sorğuların göndərilməsi və qəbul edilməsi təmin edilir;
DHCP Policy DHCP ilə bağlı qaydalar toplusudur və burada müxtəlif ip tənzimləmələri etmək olar ki, onlardan biri şirkət mühitində olan kompüterlərin fərqli default gateway ip ünvanı almasını təmin etməkdir;
DHCP Failover əsas DHCP serverin backup (nüsxə) rolunu oynayır ki, bu zaman əsas DHCP server sönük vəziyyətdə olarsa və ya çökərsə, avtomatik olaraq backup DHCP Server işə düşür və bütün client cihazlar artıq ip ünvanlarını ikinci DHCP server-dən almış olurlar. DHCP Failover, load balancing olaraq da fəaliyyət göstərir ki, burada iş yükü 50/50 paylanır və hər iki DHCP server yüklənmir, eləcə də hər bir DHCP server özünə yaxın olan və xüsusi ayarlanma əsasında client cihazları ip ilə qidalandırmış olur.

Dostlar,
Güman edirəm ki, DHCP ilə bağlı bu məqaləm bilgi olaraq işinizə yarayacaqdır.
Təşəkkür edirəm və uğurlar!
Hörmətlə,
Müəllif
Araz Əhmədov
 

Comments

Popular posts from this blog

Fayl Bərpa Alqoritmləri

  Salam dostlar, Bu yazımda sizə fayl bərpa proqramlarının (Recuva, Wondershare, EaseUS Data Recovery və s.) faylları bərpa etməsi haqqında bəhs etmək istərdim ki, məhz bu proqramlar silinmiş məlumatların (şəkil, video, sənəd və s.) geri qaytarılması üçün xüsusi alqoritmlərdən istifadə edir. Bu prosesin texniki tərəflərini izah etmək üçün əvvəlcə bir neçə əsas anlayışı bilmək lazımdır: Silinmiş faylların vəziyyəti Əksər fayl sistemlərində (məsələn, NTFS, FAT32, exFAT) fayl silindikdə, həmin fayl fiziki olaraq diskin üzərindən silinmir ki, bu zaman: Fayl sistemində faylın olduğu yer boş olaraq işarələnir və həmin sahə üzərində yeni məlumat yazıla bilməsi üçün icazə verilir; Faylın "metadata"-ları (fayl adı, ölçüsü, yaradılma tarixi və s.) xüsusi strukturlarda saxlanılır (məsələn, NTFS-də MFT / Master File Table). Bu səbəbdən, fayl silindikdən dərhal sonra onu bərpa etmək mümkündür, çünki həmin məlumat fiziki olaraq diskin üzərində qalır. Ancaq yeni məlumat həmin yerə yazıldıqd...

How To Install WordPress On Rocky Linux 9

WordPress is widely recognized as the preferred platform for building websites and blogs due to its ease of use and wide range of customization features. Suppose you’re considering installing WordPress on Rocky Linux, an open-source operating system known for its reliability. In that case, you’ll find the process to be quite straightforward when coupled with the LAMP stack – Linux, Apache, MySQL, and PHP. In the following article, we will guide you through each step of setting up WordPress on Rocky Linux using LAMP, allowing you to get your website or blog up and running smoothly in no time. So, let’s dive into the process! Install WordPress On Rocky Linux 9 Step 1: Update Your System in Rocky Linux Step 2: Installation process of LAMP Step 3: Install WordPress in Rocky Linux 9 Step 4: Configuration of Database Step 5: Configuration of WordPress Step 6: Configuration of Firewall settings Step 7: Log in to WordPress Step 1: Update Your System in Rocky Linux Before installing any new sof...

Fayl şifrələmə vasitələri (Linux)

Salam dostlar, Bu məqaləmdə "linux"-da istifadə olunan bəzi fayl şifrələmə vasitələri (file encryption tools) haqqında bəhs edəcəm. Beləliklə, fayl şifrələməsi nədir və "linux"-da hansı fayl şifrələmə vasitələri mövcuddur? Fayl şifrələməsi mübadilə edilən məlumatların oxunmaz vəziyyətə çevrilməsi prosesidir ki, faylların şifrələnməsi təhlükəsizlik baxımından çox vacibdir. Beləliklə, "linux"-da faylların şifrələməsini həyata keçirən bəzi vasitələr (tools) mövcuddur: "GnuPG (GPG)" "GnuPG" şifrələmə və rəqəmsal imza məqsədləri üçün geniş istifadə olunan pulsuz və açıq mənbəli proqramdır ki, faylları və e-poçtları şifrələmək, eləcə də deşifrə etmək üçün "OpenPGP" standartından istifadə edir. Bu şifrələmə platformasınds əvvəlcə "public key" və "private key" yaradılmalıdır ki, bu zaman "public key" şifrələmə (encrypt), "private key" isə şifrənin açılması (decrypt) üçü...