Skip to main content

İstifadəçi Profilləri (Windows)

Salam dostlar,

Bu tərcümə-məqalədə mən sizə windows əməliyyat sistemində olan "istifadəçi" profilləri haqqında vacib məlumatları diqqətinizə çatdıracam. Qeyd edim ki, dəfələrlə bu istifadəçi profilləri ilə qarşılaşmağımıza rəğmən, bəlkə də fərqinə belə varmamış və üzərindən ötəri keçmişik. Beləliklə, istifadəçi profili nədir və ya necə yaranır? İstifadəçi profili, istifadəçi ilk dəfə kompüterə daxil olduqda sistem tərəfindən yaradılır. Sonrakı daxil olmalarda isə sistem istifadəçinin "profilini" yükləyir, daha sonra isə bu profildəki məlumatlara istinadən digər sistem komponentləri istifadəçi mühitini ayarlayır.
İstifadəçi profillərinin aşağıdakı növləri mövcuddur: 

Local İstifadəçi Profilləri: 

Bu profil yerli profil adlanır. Lokal istifadəçi profili, istifadəçinin kompüterə ilk dəfə daxil olduğu zaman yaranır. Profil kompüterin yerli sabit diskində saxlanılır. Lokal istifadəçi profilində edilən dəyişikliklər istifadəçiyə və dəyişikliklərin edildiyi həmin kompüterə məxsus olur. 

Roaming İstifadəçi Profilləri: 

Roaming istifadəçi profilini "gəzən, dolaşan" istifadəçi profili də adlandırmaq olar. Beləliklə, dolaşan istifadəçi profili bir server paylaşımında kopyalanan və saxlanılan yerli profilin bir nüsxəsidir. Bu profil bir istifadəçinin şəbəkəyə daxil olduğu istənilən kompüterə yüklənir. Dolaşan istifadəçi profilində edilən dəyişikliklər istifadəçi sistemdən çıxdıqda profilin server nüsxəsi ilə sinxronlaşdırılır. Gəzən istifadəçi profillərinin üstünlüyü ondan ibarətdir ki, istifadəçilər şəbəkədə istifadə etdikləri hər kompüterdə profil yaratmağa ehtiyac duymurlar. 

Mandatory İstifadəçi Profilləri: 

Bu profili məcburi istifadəçi profili adlandırmaq olar və məcburi istifadəçi profili, administratorların istifadəçilər üçün parametrləri təyin etmək məqsədilə istifadə edə biləcəyi bir profil növüdür. Yalnız sistem administratorları məcburi istifadəçi profillərində dəyişiklik edə bilərlər. Bu profil növündə istifadəçi sistemdən çıxış etdikdə, istifadəçinin masa üstü məlumat, fayllar və s. etdiyi dəyişikliklər itir.

Temporary İstifadəçi Profilləri:


Bu profil müvəqqəti istifadəçi profili adlanır. Müvəqqəti istifadəçi profili sistemə digər istifadəçinin daxil olması anında yaranmış xəta, eləcə də digər istifadəçi profilinin sistemə yüklənməsi zamanı hər hansı bir maneə baş vermə anında yaranan bir istifadəçi profilidir. Müvəqqəti profillər hər seansın sonunda silinir və bu zaman müvəqqəti istifadəçi profili sistemdən çıxdıqda, istifadəçinin masa üstü məlumat, fayllar və s. etdiyi dəyişikliklər, yaddaşda qalmır və dərhal itir. Müvəqqəti profillər yalnız Windows 2000 və sonrakı versiyalarında çalışan kompüterlərdə mövcuddur.

Dostlar, Güman edirəm ki, windows-da istifadəçi profilləri haqqında olan bu kiçik tərcümə-məqalə işinizə yarayar.

Təşəkkür edirəm və uğurlar! 

Hörmətlə,

Müəllif  
Araz Əhmədov

Comments

Popular posts from this blog

How To Install WordPress On Rocky Linux 9

WordPress is widely recognized as the preferred platform for building websites and blogs due to its ease of use and wide range of customization features. Suppose you’re considering installing WordPress on Rocky Linux, an open-source operating system known for its reliability. In that case, you’ll find the process to be quite straightforward when coupled with the LAMP stack – Linux, Apache, MySQL, and PHP. In the following article, we will guide you through each step of setting up WordPress on Rocky Linux using LAMP, allowing you to get your website or blog up and running smoothly in no time. So, let’s dive into the process! Install WordPress On Rocky Linux 9 Step 1: Update Your System in Rocky Linux Step 2: Installation process of LAMP Step 3: Install WordPress in Rocky Linux 9 Step 4: Configuration of Database Step 5: Configuration of WordPress Step 6: Configuration of Firewall settings Step 7: Log in to WordPress Step 1: Update Your System in Rocky Linux Before installing any new sof...

Fayl Bərpa Alqoritmləri

  Salam dostlar, Bu yazımda sizə fayl bərpa proqramlarının (Recuva, Wondershare, EaseUS Data Recovery və s.) faylları bərpa etməsi haqqında bəhs etmək istərdim ki, məhz bu proqramlar silinmiş məlumatların (şəkil, video, sənəd və s.) geri qaytarılması üçün xüsusi alqoritmlərdən istifadə edir. Bu prosesin texniki tərəflərini izah etmək üçün əvvəlcə bir neçə əsas anlayışı bilmək lazımdır: Silinmiş faylların vəziyyəti Əksər fayl sistemlərində (məsələn, NTFS, FAT32, exFAT) fayl silindikdə, həmin fayl fiziki olaraq diskin üzərindən silinmir ki, bu zaman: Fayl sistemində faylın olduğu yer boş olaraq işarələnir və həmin sahə üzərində yeni məlumat yazıla bilməsi üçün icazə verilir; Faylın "metadata"-ları (fayl adı, ölçüsü, yaradılma tarixi və s.) xüsusi strukturlarda saxlanılır (məsələn, NTFS-də MFT / Master File Table). Bu səbəbdən, fayl silindikdən dərhal sonra onu bərpa etmək mümkündür, çünki həmin məlumat fiziki olaraq diskin üzərində qalır. Ancaq yeni məlumat həmin yerə yazıldıqd...

Squid Proxy (I Hissə)

Salam dostlar, Bu məqaləmdə  "Squid Proxy"  haqqında bəhs edəcəm və qeyd edim ki, ilk hissə nəzəri məzmunu əhatə edir. Kompüter şəbəkələri sahəsində “proxy server-lər internetə çıxışın idarə edilməsi, imkanların genişləndirilməsi, trafikin tənzimlənməsi, keşin təmin edilməsi və s. mühüm rol oynayır ki, geniş istifadə olunan “proxy server”-lərdən biri “Squid Proxy”-dir. Beləliklə: Mündəricat “Squid Proxy” nədir; “Squid Proxy” necə işləyir; “Squid Proxy”-dən istifadənin üstünlükləri; “Squid Proxy”-nin istifadə əhatəsi; “Squid Proxy” ilə təhlükəsizlik və məxfilik.   “Squid Proxy” nədir? “Squid Proxy” şəbəkə protokolları olan “HTTP”, “HTTPS”, “FTP” və s. daxil olmaqla müxtəlif şəbəkə protokollarını dəstəkləyən açıq mənbəli “proxy server”-dir. O, “client” (məsələn, veb-brauzerlər) və “server” arasında vasitəçi rolunu oynayır, keşləmə (caching), yük bölüşdürmə (load balancing), filtirləmə (filtering), trafikin tənzimlənməsi (bandwidth), təhlükəsizlik və s. üçün istifadə olunara...