Skip to main content

VMware vSphere Haqqında

Salam dostlar,

Ötən məqaləmdə ümumi olaraq virtualizasiya haqqında bəhs etmişdim. Fikrimcə bu məqaləmi ötən məqalənin davamı kimi düşünmək olar və məhz bu məqaləmdə İT infrastrukturda ən çox işlənən virtualizasiya növü "VMware vSphere" haqqında bəhs edəcəm. Beləliklə, "VMware vSphere" nədir?

"VMware vSphere" - "VMware"-in "ESXi" hipervizoru və "vCenter" idarəetmə proqramını (sistemini) özündə birləşdirən server virtuallaşdırması məhsulları dəstinin brend adıdır və əvvəllər "VMware Infrastructure" kimi adlandırılırdı. "VMware vSphere" 2 əsas "core" - "VMware Esxi" və "VMware vCenter (Server)" komponentlərindən, eləcə də aşağıda qeyd olunmuş bəzi vacib komponentlərdən ibarətdir:

No alt text provided for this image


  • "VMware ESXi (Elastic Sky X Integrated)" - daimi yaddaş, prosessor, operativ yaddaş, şəbəkə kartı və s. digər resursların müxtəlif virtual maşınların (VM) idarə edilməsini təmin etmək üçün 1-ci tip (type1/bare matel) hipervizordur ;

No alt text provided for this image


  • "VMware vCenter (Server) Appliance (vCSA)" - əvvəllər "Virtual Center (VC)" kimi tanınan bu idarəetmə aləti "ESXi Host"-ları idarə etmək üçün nəzərdə tutulmuş mərkəzi idarəetmə sistemidir;

No alt text provided for this image

  • "VMware vSphere Client" - istifadəçilərə "vCenter Server"-ə uzaqdan qoşulmağa imkan verən yeni "HTML5" əsaslı "web" idarəetmə interfeysidir və "vSphere Client" artıq istifadə olunmayan "vSphere Web Client"-i əvəz edir;

No alt text provided for this image

  • "VMware vSphere Software Development Kits (SDKs)" - istifadəçilərin "vSphere" komponentlərinə daxil ola biləcəyi interfeysləri və sənayenin aparıcı virtuallaşdırma platforması ilə inteqrasiya olunmuş həllərin sürətlə qurulmasının həyat keçirilməsi üçün "developer"-lər üçün lazım olan bütün sənədlər, kitabxanalar və kod nümunələrini təmin edir (vSphere Web Services SDK, vSphere Storage Policy SDK, vSphere Storage Management SDK, vSphere ESX Agent Manager SDK və SSO Client SDK);
  • "VMware Virtual Machine File System (VMFS)" - "ESXi"-də yer alan "VM"-lər üçün yüksək performanslı klaster və "storage" virtualizasiyasını təmin edən fayl sistemidir;

No alt text provided for this image

  • "VMware Virtual Symmetric Multi-Processing (SMP)" - bir "VM"-ə eyni vaxtda birdən çox fiziki prosessordan istifadə etməyə imkan verən yardım proqramıdır;

No alt text provided for this image

  • "vMotion" - eyni "datacenter"-də aktiv vəziyyətdə olan "VM"-lərin (söndürülmədən) canlı miqrasiyasını təmin edir;

No alt text provided for this image


  • "Storage vMotion" - standart "vMotion"-a bənzər xüsusiyyətə malikdir və aktiv vəziyyətdə olan "VM"-lərdə virtual disklərin və ya konfiqurasiya fayllarının yeni məlumat anbarına (söndürülmədən) canlı miqrasiyasını təmin edir;

No alt text provided for this image

  • "vSphere High Availability (HA)" - əvvəllər "VMware HA" kimi tanınan bu yardım proqramı davamlı olaraq klasterdəki bütün "ESXI Server" "host"larına nəzarət etməklə yanaşı həmin "host"-ları monitorinq edir və həmin "host"-larda olan "VM"-lərdəki nasazlıqları aşkarlayır. Əgər mövcud "hostlar" arasında uğursuz, yəni xətalı "VM"-ləri olan "host" varsa, "vSphere HA"-da yer almış ürək döyüntüsü (heartbeat) adlanan xüsusi "agent feature" vasitəsilə həmin xətalı olan "VM"-lər aşkarlanaraq digər "host"-larda avtomatik olaraq yenidən işə salınır (restart);

No alt text provided for this image

  • "VMware Distributed Resource Scheduler (DRS)" - "ESXI Host"-larda resurs planlaşdırma və yük balanslaşdırma həllərini təmin edir. Nümunə kimi qeyd etsək, yəni "DRS" aktiv edilərkən resurs planlaşdırılması və yük balanslaşdırılması baxımından yeni yaradılacaq "VM"-lər, eləcə də mövcud "VM"-lər üzərində ediləcək tənzimləmələr üçün uyğun "host"-u müəyyən edərək, resurs və yüklərin balanslaşdırılmasını təmin edir. Əgər "vCenter" işlək vəziyyətdə deyilsə, onda "DRS" fəaliyyət göstərmir. "DRS" 3 "mode"-da fəaliyyət göstərə bilir: "fully automated mode", "partially automated mode" və "manual mode";

No alt text provided for this image

  • "Storage DRS (SDRS)" - standard "DRS"-ə bənzər xüsusiyyətlərə malikdir və "storage DRS" "data store" yaddaş tutumunu, virtual maşınların (VM) disk yerdəyişməsi və miqrasiyasını, eləcə də "Input/Output (I/O)"-u dinamik şəkildə balanslaşdırır;

No alt text provided for this image

  • "VMware vSphere Fault Tolerance (FT)" - məlumat itkisinin qarşısının alınması məqsədilə (4 virtual CPU ilə) əsas (primary) "VM"-in canlı kölgə (live shadow) nümunəsini (secondary sürətini) yaradır;

No alt text provided for this image

  • "VMware vSphere Distributed Switch (vDS)" - şəbəkə konfiqurasiyalarının mərkəzləşdirilmiş şəkildə idarə olunması üçün "single virtual switch" vasitəsilə bir və ya müxtəlif klasterlərdə olan müxtəlif "host"-lara qoşulmanı təmin edir;

No alt text provided for this image

  • "Host Profiles"- istifadəçiyə "ESX/ESXI" "host"-ları üçün layihələndirmə, dizayn və tənzimləmlər siyasətini müəyyən etməyə və müəyyən edilmiş həmin tənzimləmlərin şablonunun (template) yaradılaraq yenidən tətbiq edilməsini həyata keçirməyə imkan verən "vCenter Server" alətidir;

No alt text provided for this image

  • "Content Library" - virtual maşınları, şablonları (OVF və OVA templates), "ISO image"-ləri, "vApps", skriptləri, sertifikatları, virtual maşınlarla əlaqəli digər faylları saxlamağa, idarə etməyə və digər istifadəçilərlə paylaşmağa kömək etmək üçün mərkəzləşdirilmiş bir depodur;

No alt text provided for this image

  • "VMware Templates" - administratorun daha çox virtual maşını klonlaya, "convert" və ya "deploy" edə biləcəyi virtual maşının (VM) mükəmməl model surətidir;

No alt text provided for this image

  • "VMware VM Snapshot" - müəyyən (istənilən) bir zamanda virtual maşının (vmdk) disk faylının surətidir ki, hər hansı bir sistem nasazlığı və ya xətası baş verdikdə "VM"-i məhz "vmware snapshot" nəticəsində müəyyən bir vaxta bərpa etmək mümkün olur;

No alt text provided for this image

  • "VMware VM Cloning" - orijinal virtual maşının (VM) dəqiq surətinin yaradıldığı bir prosesdir ki, bu zaman klon "VM", orijinal "VM" ilə texniki (hardware), sistem və proqram təminatı (software) baxımından eynilik təşkil edir;

No alt text provided for this image

Dostlar,

Güman edirəm ki, "VMware vSphere" haqqındakı bu məqaləm maariflənməniz istiqamətində sizin üçün faydalı olar.

Təşəkkür edirəm və uğurlar!

Hörmətlə,

Müəllif

Araz Əhmədov

Comments