Skip to main content

Root şifrəsinin sıfırlanması

Salam dostlar,

Bu qısa praktiki məqaləmdə sizə "Linux"-da (CentOS əməliyyat sistemində) "root" istifadəçisinin parolunun sıfırlanaraq, yeni parol təyin etmə prosesini təqdim edəcəm. Beləliklə, "root" istifadəçisinin parolunun sıfırlanması bəzən təyin edilmiş parolun yaddan çıxması və itirilməsi hallarında baş verir. Qeyd edim ki, "CentOS" və "RHEL" əməliyyat sistemlərində standard olaraq "GRUB2 (GRand Unified Bootloader) versiyası yer almışdır. Beləliklə:

  • Açılan "boot grub" menyusunda "e" düyməsini sıxaraq, düzəliş (edit) etmək üçün növbəti pəncərəyə keçid edirik;

No alt text provided for this image

  • Növbəti addımda "ro" yazılan sətrdə and "ro" sözünü "rw init=/sysroot/bin/sh" ilə əvəz edirik;

No alt text provided for this image
No alt text provided for this image

  • Növbəti addımda isə "ctrl+x" düyməsini sıxaraq "single-user mode"  "emergency mode"-a keçid edirik;

No alt text provided for this image

  • Daha sonra aşağıdakı əmri yazmaqla sistemə giriş edirik;

chroot /sysroot

  • Daha sonra "root" istifadəçinin parolunu aşağıdakı əmri yazmaqla sıfırlayırıq;

 
passwd root

  • Daha sonra aşağıdakı əmri qeyd etməklə "selinux" məlumatlarını yeniliyirik;

touch /.autorelabel

  • Son olaraq "exit" əmrini qeyd etməklə sistemdən çıxış edirik və sistemi yenidən başladırıq (reboot).

Dostlar,

Güman edirəm ki, bu praktiki məqaləm sizin üçün faydalı olar.

Təşəkkür edirəm və uğurlar!

Hörmətlə,

Müəllif

Araz Əhmədov

Comments

Popular posts from this blog

How To Install WordPress On Rocky Linux 9

WordPress is widely recognized as the preferred platform for building websites and blogs due to its ease of use and wide range of customization features. Suppose you’re considering installing WordPress on Rocky Linux, an open-source operating system known for its reliability. In that case, you’ll find the process to be quite straightforward when coupled with the LAMP stack – Linux, Apache, MySQL, and PHP. In the following article, we will guide you through each step of setting up WordPress on Rocky Linux using LAMP, allowing you to get your website or blog up and running smoothly in no time. So, let’s dive into the process! Install WordPress On Rocky Linux 9 Step 1: Update Your System in Rocky Linux Step 2: Installation process of LAMP Step 3: Install WordPress in Rocky Linux 9 Step 4: Configuration of Database Step 5: Configuration of WordPress Step 6: Configuration of Firewall settings Step 7: Log in to WordPress Step 1: Update Your System in Rocky Linux Before installing any new sof...

Fayl Bərpa Alqoritmləri

  Salam dostlar, Bu yazımda sizə fayl bərpa proqramlarının (Recuva, Wondershare, EaseUS Data Recovery və s.) faylları bərpa etməsi haqqında bəhs etmək istərdim ki, məhz bu proqramlar silinmiş məlumatların (şəkil, video, sənəd və s.) geri qaytarılması üçün xüsusi alqoritmlərdən istifadə edir. Bu prosesin texniki tərəflərini izah etmək üçün əvvəlcə bir neçə əsas anlayışı bilmək lazımdır: Silinmiş faylların vəziyyəti Əksər fayl sistemlərində (məsələn, NTFS, FAT32, exFAT) fayl silindikdə, həmin fayl fiziki olaraq diskin üzərindən silinmir ki, bu zaman: Fayl sistemində faylın olduğu yer boş olaraq işarələnir və həmin sahə üzərində yeni məlumat yazıla bilməsi üçün icazə verilir; Faylın "metadata"-ları (fayl adı, ölçüsü, yaradılma tarixi və s.) xüsusi strukturlarda saxlanılır (məsələn, NTFS-də MFT / Master File Table). Bu səbəbdən, fayl silindikdən dərhal sonra onu bərpa etmək mümkündür, çünki həmin məlumat fiziki olaraq diskin üzərində qalır. Ancaq yeni məlumat həmin yerə yazıldıqd...

DRAM, SRAM və CPU Cache Haqqında

Salam dostlar, Bu məqaləmdə sizə  "DRAM", "SRAM"  və  "CPU Cache"  haqqında bəhs edərək, "DRAM" və "SRAM" arasındakı bəzi fərqləri izah edəcəm. Beləliklə, "DRAM", "SRAM" və "CPU Cache" nədir? Bildiyiniz kimi kompüterin müxtəlif yaddaş növləri vardır ki, onlardan bəziləri "DRAM", "SRAM" və "CPU Cache" yaddaş növləridir. "DRAM"  "Dynamic Random Access Memory" adlanır və "RAM" modulunda istifadə edilir. "DRAM" məlumatları saxlamaq üçün kondensatorlardan istifadə edən bir yaddaşdır və bu kondensatorlar məlumatları saxlamaq üçün daim və dinamik şəkildə elektrik enerjisi ilə təchiz olunaraq (refresh) yenilənir; "SRAM"  "Static Random Access Memory" adlanır və  "CPU Cache"  modulunda istifadə edilir. "DRAM"-dan fərqli olaraq "SRAM"-da (refresh) yenilənmə prosesi baş vermir, lakin "SRAM"...