Skip to main content

Ansible Haqqında

Salam dostlar,

Bu məqaləmdə sizə "Ansible" haqqında qısaca bəhs edərək praktiki bir məzmuna istinad edəcəyəm. Bildiyiniz kimi, "Ansible" sadə, açıq mənbə kodlu "devops tool"-dur və mühitdə olan "server"-lərin (host) mərkəzdən idarəsini (həmçinin bir çox proseslərin icrasını) həyata keçirməklə, insan faktorunu (xəta tipli prosesləri), vaxt itkisini aradan qaldırır, proseslərin daha effektiv və səmərəliliyini, bir sözlə "manual" görüləcək işlərin avtomatlaşdırılmasını tam təmin edir. "Ansible" 2012-ci ildə Michael DeHaan tərəfindən yazılsa da, lakin "Red Hat" tərəfindən alınmış və 2015-ci ildə təqdim edilmişdir. "Ansible" avtomatlaşdırma "tool"-un ən üstün cəhətlərindən biri isə "agentless" olmasıdır və aşağıdakı konseptləri mövcuddur:

  • "Control Node"
  • "Managed Nodes"
  • "Inventory"
  • "Playsbooks" --> "Plays" --> "Roles" --> "Tasks" --> "Handlers"
  • "Modules"
  • "Plugins"
  • "Collections"
  • "AAP"

No alt text provided for this image
No alt text provided for this image

Dostlar,

Məqsədim "Ansible" haqqında kiçik bir nəzəri giriş vermək və ardıcıllıqla deyil, birbaşa olaraq hər hansı praktiki bir məzmun təqdim etməkdir ki, bu zaman "Ansible" "tool"-un necə faydalı bir "tool" olduğunu görmüş olacaqsınız. Yeri gəlmişkən qeyd edim ki, "Ansible" haqqında Azərbaycan dilində bəzi məqalələr mövcuddur olduğundan daha dərin və ətraflı yazılmasına ehtiyac duymadım və siz həmin məqalələrlə də tanış ola bilərsiniz.

Praktiki Məzmun:

Dostlar,

Qeyd etdik ki, "Ansible" avtomatlaşdırmanı həyata keçirməklə "manual" görüləcək işləri məhdudlaşdırır ki, bu da sistem inzibatçısına həm effektivlik, həm də vaxt qazandırmış olur. Beləliklə, nümunə olaraq fərz edək ki, korporativ (iş) mühitində xeyli "server"-lər mövcuddur və həmin (remote) "server"-lərdə müəyyən istifadəçilər yaradılmalıdır. Bu zaman həmin "server"-lərə bir-bir giriş edərək (eyni və ya fərqli) istifadəçi yaratmaq həm vaxt itkisi ola bilər, həm də eyni əmrlə işləmək insan faktorundan meydana gələ biləcək xəta halı yarada bilər ki, bu da sonra düzəliş etmək üçün müəyyən qarışıqlıqlaras səbəb ola bilər. Beləliklə, "Ansible" ilə bu risklər tam olaraq minimuma enir və effektiv iş təmin olunur. Beləliklə, "Ansible" ilə eyni və ya müxtəlif istifadəçilərin yaradılaraq "remote server"-lərə paylanması prosesini şəkillərlə təqdim edirəm.

Qeyd:

"ITUser1, ITUser2, ITUser3, ITUser4, ITUser5" istifadəçilərinin mərkəzi "server"-də yaradılaraq "remote server"-lərə paylanılması prosesi:

  • İlk öncə "remote server"-lərimizdə həmin istifadəçilərin olub-olmadığını yoxlayırıq:

No alt text provided for this image
No alt text provided for this image

  • Qeyd edilən istifadəçilərin yaradılmasını təmin etmək üçün "playbook"-u nəzərdən keçirərək işə salırıq;

No alt text provided for this image

  • İstifadəçilərin "remote server"-lərdə yaradılması xətasız və uğurla həyata keçirildi:

No alt text provided for this image

  • İstifadəçilərin yaradılmasını "remote server"-lərimizdə yoxlayırıq:

No alt text provided for this image
No alt text provided for this image

Dostlar,

Güman edirəm ki, "Ansible" haqqında nəzəri və praktiki məzmunlu məqaləm sizin üçün faydalı olar.

Təşəkkür edirəm

Hörmətlə,

Müəllif
Araz Əhmədov

Comments

Popular posts from this blog

How To Install WordPress On Rocky Linux 9

WordPress is widely recognized as the preferred platform for building websites and blogs due to its ease of use and wide range of customization features. Suppose you’re considering installing WordPress on Rocky Linux, an open-source operating system known for its reliability. In that case, you’ll find the process to be quite straightforward when coupled with the LAMP stack – Linux, Apache, MySQL, and PHP. In the following article, we will guide you through each step of setting up WordPress on Rocky Linux using LAMP, allowing you to get your website or blog up and running smoothly in no time. So, let’s dive into the process! Install WordPress On Rocky Linux 9 Step 1: Update Your System in Rocky Linux Step 2: Installation process of LAMP Step 3: Install WordPress in Rocky Linux 9 Step 4: Configuration of Database Step 5: Configuration of WordPress Step 6: Configuration of Firewall settings Step 7: Log in to WordPress Step 1: Update Your System in Rocky Linux Before installing any new sof...

Fayl Bərpa Alqoritmləri

  Salam dostlar, Bu yazımda sizə fayl bərpa proqramlarının (Recuva, Wondershare, EaseUS Data Recovery və s.) faylları bərpa etməsi haqqında bəhs etmək istərdim ki, məhz bu proqramlar silinmiş məlumatların (şəkil, video, sənəd və s.) geri qaytarılması üçün xüsusi alqoritmlərdən istifadə edir. Bu prosesin texniki tərəflərini izah etmək üçün əvvəlcə bir neçə əsas anlayışı bilmək lazımdır: Silinmiş faylların vəziyyəti Əksər fayl sistemlərində (məsələn, NTFS, FAT32, exFAT) fayl silindikdə, həmin fayl fiziki olaraq diskin üzərindən silinmir ki, bu zaman: Fayl sistemində faylın olduğu yer boş olaraq işarələnir və həmin sahə üzərində yeni məlumat yazıla bilməsi üçün icazə verilir; Faylın "metadata"-ları (fayl adı, ölçüsü, yaradılma tarixi və s.) xüsusi strukturlarda saxlanılır (məsələn, NTFS-də MFT / Master File Table). Bu səbəbdən, fayl silindikdən dərhal sonra onu bərpa etmək mümkündür, çünki həmin məlumat fiziki olaraq diskin üzərində qalır. Ancaq yeni məlumat həmin yerə yazıldıqd...

Squid Proxy (I Hissə)

Salam dostlar, Bu məqaləmdə  "Squid Proxy"  haqqında bəhs edəcəm və qeyd edim ki, ilk hissə nəzəri məzmunu əhatə edir. Kompüter şəbəkələri sahəsində “proxy server-lər internetə çıxışın idarə edilməsi, imkanların genişləndirilməsi, trafikin tənzimlənməsi, keşin təmin edilməsi və s. mühüm rol oynayır ki, geniş istifadə olunan “proxy server”-lərdən biri “Squid Proxy”-dir. Beləliklə: Mündəricat “Squid Proxy” nədir; “Squid Proxy” necə işləyir; “Squid Proxy”-dən istifadənin üstünlükləri; “Squid Proxy”-nin istifadə əhatəsi; “Squid Proxy” ilə təhlükəsizlik və məxfilik.   “Squid Proxy” nədir? “Squid Proxy” şəbəkə protokolları olan “HTTP”, “HTTPS”, “FTP” və s. daxil olmaqla müxtəlif şəbəkə protokollarını dəstəkləyən açıq mənbəli “proxy server”-dir. O, “client” (məsələn, veb-brauzerlər) və “server” arasında vasitəçi rolunu oynayır, keşləmə (caching), yük bölüşdürmə (load balancing), filtirləmə (filtering), trafikin tənzimlənməsi (bandwidth), təhlükəsizlik və s. üçün istifadə olunara...