Salam dostlar, Əminəm ki, bir çoxunuz "kernel" haqqında məlumatlısınız, lakin bu məqaləmdə bir az dərin məlumatlara vararaq sizə "kernel" və onun növləri haqqında bəhs etmək istərdim. Beləliklə, "kernel" (nüvə) nədir? "Kernel" əməliyyat sisteminin çox vacib və kritik komponentlərindən biridir ki, proseslərin və "system calls"-un köməyi (iştirakı) sayəsində, cihaz (hardware) ilə proqram təminatı (software) arasında körpü rolunu oynayaraq, onlar arasında əlaqənin (ünsiyyətin) təmin edilməsini həyata keçirir. Ümumi olaraq qeyd edim ki, hər bir əməliyyat sisteminin (Linux, Windows və s.) öz "kernel"-i mövcuddur. Bəzən "kernel"-i əməliyyat sistemi də adlandırırlar, lakin bu doğru yanaşma deyil. Çünki əməliyyat sistemi cihaz (hardware) ilə istifadəçi (user), "kernel" isə cihaz ilə proqram təminatı arasında əlaqəni təmin edir. Yəni "kernel" əməliyyat sisteminin özü deyil, əməliyyat sisteminin vacib bir...
Information Technology and Services