Skip to main content

Posts

Nginx (I Hissə)

Salam dostlar, Bu (1-ci hissə) məqaləmdə  "Nginx" -in quraşdırılması haqqında praktiki mühiti təqdim edəcəm. Qeyd edim ki, internet resurslarında "Nginx" haqqında öz dilimizdə nəzəri məlumatlar xeyli olduğundan, fikrimcə nəzəri və detallı şəkildə təqdimata ehtiyac yoxdur. Lakin kiçik giriş olaraq qeyd etmək istərdim ki, "Engine X" kimi tələffüz edilən "Nginx", eyni zamanda düz proksi (forward proxy), əks proksi (reverse proxy), yük balanslaşdırıcısı (load balancer) və "HTTP" keşi (http cache) kimi çıxış edə bilən "web server", eləcə də "Linux", "BSD", "MacOS" və "Windows" da daxil olmaqla müxtəlif əməliyyat sistemlərində işləyə bilən açıq mənbəli bir platformadır. Dostlar, İndi isə praktiki mühitə keçid edərək, "RHEL9" əməliyyat sistemimizdə "Nginx"-in quraşdırılmasını nəzərdən keçirək. Beləliklə: "Nginx"-in quraşdırılması (installation) prosesi: Addım 1: Hə...

Fayl şifrələmə vasitələri (Linux)

Salam dostlar, Bu məqaləmdə "linux"-da istifadə olunan bəzi fayl şifrələmə vasitələri (file encryption tools) haqqında bəhs edəcəm. Beləliklə, fayl şifrələməsi nədir və "linux"-da hansı fayl şifrələmə vasitələri mövcuddur? Fayl şifrələməsi mübadilə edilən məlumatların oxunmaz vəziyyətə çevrilməsi prosesidir ki, faylların şifrələnməsi təhlükəsizlik baxımından çox vacibdir. Beləliklə, "linux"-da faylların şifrələməsini həyata keçirən bəzi vasitələr (tools) mövcuddur: "GnuPG (GPG)" "GnuPG" şifrələmə və rəqəmsal imza məqsədləri üçün geniş istifadə olunan pulsuz və açıq mənbəli proqramdır ki, faylları və e-poçtları şifrələmək, eləcə də deşifrə etmək üçün "OpenPGP" standartından istifadə edir. Bu şifrələmə platformasınds əvvəlcə "public key" və "private key" yaradılmalıdır ki, bu zaman "public key" şifrələmə (encrypt), "private key" isə şifrənin açılması (decrypt) üçü...