Skip to main content

Nginx (I Hissə)

Salam dostlar,

Bu (1-ci hissə) məqaləmdə "Nginx"-in quraşdırılması haqqında praktiki mühiti təqdim edəcəm. Qeyd edim ki, internet resurslarında "Nginx" haqqında öz dilimizdə nəzəri məlumatlar xeyli olduğundan, fikrimcə nəzəri və detallı şəkildə təqdimata ehtiyac yoxdur. Lakin kiçik giriş olaraq qeyd etmək istərdim ki, "Engine X" kimi tələffüz edilən "Nginx", eyni zamanda düz proksi (forward proxy), əks proksi (reverse proxy), yük balanslaşdırıcısı (load balancer) və "HTTP" keşi (http cache) kimi çıxış edə bilən "web server", eləcə də "Linux", "BSD", "MacOS" və "Windows" da daxil olmaqla müxtəlif əməliyyat sistemlərində işləyə bilən açıq mənbəli bir platformadır.

Dostlar,

İndi isə praktiki mühitə keçid edərək, "RHEL9" əməliyyat sistemimizdə "Nginx"-in quraşdırılmasını nəzərdən keçirək. Beləliklə:


"Nginx"-in quraşdırılması (installation) prosesi:


Addım 1:

  • Hər hansı bir proqram paketi (package) yüklənməzdən əvvəl, sistemin yenilənməsi (update) vacib və məsləhətli olduğundan sistemi yeniləyirik;


No alt text provided for this image

Addım 2:

  • Bu addımda "EPEL (Extra Packages for Enterprise Linux)" deposunu (repository) sistemə əlavə edir və "Nginx"-i yükləyirik. Əgər "EPEL" deposunun əlavə edilməsində hər hansı bir problem müşahidə olunarsa, onda standard (default) olaraq yüklənməni təmin edə bilərik;


No alt text provided for this image

Addım 3:

  • Bu addımda standard (default) olaraq "enable" vəziyyətdə olan "firewalld service"-də "http" və "https" "rule"-larının icazəsini təmin etməklə "firewalld"-ni "reload" edirik;


No alt text provided for this image
No alt text provided for this image

Addım 4:

  • Bu addımda "Nginx" "service"-in cari vəziyyətdə, eləcə də "boot" zamanı avtomatik olaraq işə düşməsi üçün aşağıdakı "enable" əmrini icra edirik;


No alt text provided for this image

Addım 5:

  • Bu addımda "Nginx"-in sistemə yüklənməsini yoxlamaq üçün "server"-in "ip" ünvanını "web browser"-də yazaraq, standard (default) pəncərənin açılmasını təmin edirik;


No alt text provided for this image

Addım 6:

  • Bu addımda "/etc/nginx/nginx.conf" faylına "server" adını təyin etməklə "nginx service"-i yenidən başladırıq və konfiqurasiya faylının düzgün şəkildə işləməsinə əmin olmaq üçün "nginx -t" əmrini icra edirik;


No alt text provided for this image
No alt text provided for this image


Dostlar,

Güman edirəm ki, "Nginx" haqqında (ilk hissə) bu məqaləm sizin üçün faydalı olar. 

Təşəkkür edirəm


Hörmətlə,

Müəllif

Araz Əhmədov

Comments

Popular posts from this blog

Fayl Bərpa Alqoritmləri

  Salam dostlar, Bu yazımda sizə fayl bərpa proqramlarının (Recuva, Wondershare, EaseUS Data Recovery və s.) faylları bərpa etməsi haqqında bəhs etmək istərdim ki, məhz bu proqramlar silinmiş məlumatların (şəkil, video, sənəd və s.) geri qaytarılması üçün xüsusi alqoritmlərdən istifadə edir. Bu prosesin texniki tərəflərini izah etmək üçün əvvəlcə bir neçə əsas anlayışı bilmək lazımdır: Silinmiş faylların vəziyyəti Əksər fayl sistemlərində (məsələn, NTFS, FAT32, exFAT) fayl silindikdə, həmin fayl fiziki olaraq diskin üzərindən silinmir ki, bu zaman: Fayl sistemində faylın olduğu yer boş olaraq işarələnir və həmin sahə üzərində yeni məlumat yazıla bilməsi üçün icazə verilir; Faylın "metadata"-ları (fayl adı, ölçüsü, yaradılma tarixi və s.) xüsusi strukturlarda saxlanılır (məsələn, NTFS-də MFT / Master File Table). Bu səbəbdən, fayl silindikdən dərhal sonra onu bərpa etmək mümkündür, çünki həmin məlumat fiziki olaraq diskin üzərində qalır. Ancaq yeni məlumat həmin yerə yazıldıqd...

How To Install WordPress On Rocky Linux 9

WordPress is widely recognized as the preferred platform for building websites and blogs due to its ease of use and wide range of customization features. Suppose you’re considering installing WordPress on Rocky Linux, an open-source operating system known for its reliability. In that case, you’ll find the process to be quite straightforward when coupled with the LAMP stack – Linux, Apache, MySQL, and PHP. In the following article, we will guide you through each step of setting up WordPress on Rocky Linux using LAMP, allowing you to get your website or blog up and running smoothly in no time. So, let’s dive into the process! Install WordPress On Rocky Linux 9 Step 1: Update Your System in Rocky Linux Step 2: Installation process of LAMP Step 3: Install WordPress in Rocky Linux 9 Step 4: Configuration of Database Step 5: Configuration of WordPress Step 6: Configuration of Firewall settings Step 7: Log in to WordPress Step 1: Update Your System in Rocky Linux Before installing any new sof...

NTFS İcazələr

Salam dostlar. Bu məqalədə mən sizə   NTFS Permissions   (icazələr)   haqqında danışacam. Belə ki mövzuya keçməzdən əvvəl NTFS haqqında qısaca bilgi vermək istərdim. NTFS (New Technology File System)   Windows-un yeni bir fayl sistemidir və köhnə fayl sistemi olan FAT32-dən fərqli olaraq NTFS partition həcmini 2TB, fayl həcmini 16TB-dək və fayl adını maksimum olaraq 255 xarakter olaraq dəstəkləyir. NTFS fayl sisteminin loru dilində desək "xəta tolerantlığı" və "avtomatik bərpa" funksiyası da vardır. NTFS və FAT32 arasında ən mühüm fərqlərdən biri, NTFS-də məlumatların şifrələnməsi mövcuddursa, FAT32-də şifrələnmə mövcud deyildir. Yeri gəlmişkən qeyd edim ki, növbəti məqalələrimdən birində sizə   NTFS və FAT32   fayl sistemləri barəsində xeyli və əhatəli məlumat təqdim edəcəyəm. Beləliklə, indi isə NTFS icazələr mövzusuna keçid edək.  NTFS icazələr,   kateqoriya olaraq icazə, yetki və paylaşımlar toplusunu özündə əks etdirir və əsasən qovluq və fay...