Skip to main content

İP Ünvan (IPv4)

Salam dostlar,

Bu qısa məqaləmdə şəbəkə mövzusuna istinad edərək ip ünvanlar haqqında bəhs etmək istərdim. Belə ki, internetdə şəbəkə-ip haqqında kifayət qədər məlumat və resurs olduğundan daha çox elmi-texniki detallara varmaq istəmirəm. Beləliklə, ip ünvan nədir? İP ünvan (internet protocol) şəbəkədə olan avadanlıqların bir-birilə əlaqə və ünsiyyətin təmin edilməsini həyata keçirir. Yəni bir sözlə desək, insanların bir-birlərini anlaması və əlaqə qurması üçün ünsiyyət vasitəsi kimi dil mühüm rol oynayırsa, hər bir cihazın da bir-birlərini anlaması və əlaqə qurması üçün ip ünvan (dil funksiyasını yerinə yetirərək) ünsiyyət vasitəsi kimi mühüm rol oynayır. Beləliklə, ip ünvan haqqında bəzi vacib məlumatları qeyd etmək istərdim:

  • ip ünvan 2 hissədən ibarət olur: şəbəkə (network) və "host" ünvanı;
  • ip ünvan təsnifatına görə 2 (ipv4 və ipv6) cür olur;
  • ipv4 "octet" olmaqla "4hissədən (192.168.10.100) ibarətdir və hər "octet"-də rəqəm sayı "0-255" arasında olur;
  • ipv4 ümumi olaraq 32 bit-dən ibarətdir və bu 32 bit-i yaradan səbəb hər "octet"-in ayrılıqda 8 bit olmasıdır (4*8=32);
  • ipv4-ün ümumilikdə 4,294,967,296 ədəd unikal ünvanı vardır;
  • Kompüter və şəbəkə cihazları ip ünvanı 192.168.10.100 standard rəqəmlər kimi deyil, "binary" formatında (0 və 1 kimi) başa düşür;

Beləliklə, sual yarana bilər ki, ip ünvanın standard rəqəmlərdən "binary" formata konvertasiya edilməsi prosesi necə baş verir? Sözsüz ki, hal-hazırda bəzi "online tool"-lar vasitəsilə istənilən konvertasiya proseslərini icra etmək olar, ancaq fikrimcə konvertasiya prosesini mənimsəmək maariflənmə istiqamətində daha da məqsədə uyğundur. Beləliklə,

"8 bit octet chart"-da konvertasiya prosesini (linkedin-də qrafiki imkanlar olmadığına görə sətir tipli izahlı variant ilə) "192.168.10.100" ipv4 ünvanı üzərindən həyata keçirək:

192 - | 128 | 64 | 32 | 16 | 8 | 4 | 2 | 1 | --> 128+64=192 (11000000)

128 (1) 64 (1) 32 (0) 16 (0) 8 (0) 4 (0) 2 (0) 1 (0)

"128" və "64" rəqəmləri cəmlənərək ilk "octet"-i əmələ gətirdiyi üçün "1", digərləri (32, 16, 8, 4, 2, 1) isə bu hesablamada iştirak etmədiyi üçün "0" binary rəqəmini təşkil edir;

168 - | 128 | 64 | 32 | 16 | 8 | 4 | 2 | 1 | --> 128+32=168 (10101000)

128 (1) 64 (0) 32 (1) 16 (0) 8 (1) 4 (0) 2 (0) 1 (0)

10 - | 128 | 64 | 32 | 16 | 8 | 4 | 2 | 1 | --> 8+2=10 (00001010)

128 (0) 64 (0) 32 (0) 16 (0) 8 (1) 4 (0) 2 (1) 1 (0)

100 - | 128 | 64 | 32 | 16 | 8 | 4 | 2 | 1 | --> 64+32+4=100 (01100100)

128 (0) 64 (1) 32 (1) 16 (0) 8 (0) 4 (1) 2 (0) 1 (0)

Dostlar,
Güman edirəm ki, ip haqqında bu yazım maariflənməniz istiqamətində işinizə yarayacaqdır. Zəhmət olmasa bu yazımı bəyənərək paylaşasanız ki, digər İT əməkdaşlar da məlumatlı olsunlar...

Təşəkkür edirəm və uğurlar!

Hörmətlə,
Müəllif
Araz Əhmədov

Comments

Popular posts from this blog

How To Install WordPress On Rocky Linux 9

WordPress is widely recognized as the preferred platform for building websites and blogs due to its ease of use and wide range of customization features. Suppose you’re considering installing WordPress on Rocky Linux, an open-source operating system known for its reliability. In that case, you’ll find the process to be quite straightforward when coupled with the LAMP stack – Linux, Apache, MySQL, and PHP. In the following article, we will guide you through each step of setting up WordPress on Rocky Linux using LAMP, allowing you to get your website or blog up and running smoothly in no time. So, let’s dive into the process! Install WordPress On Rocky Linux 9 Step 1: Update Your System in Rocky Linux Step 2: Installation process of LAMP Step 3: Install WordPress in Rocky Linux 9 Step 4: Configuration of Database Step 5: Configuration of WordPress Step 6: Configuration of Firewall settings Step 7: Log in to WordPress Step 1: Update Your System in Rocky Linux Before installing any new sof...

Fayl Bərpa Alqoritmləri

  Salam dostlar, Bu yazımda sizə fayl bərpa proqramlarının (Recuva, Wondershare, EaseUS Data Recovery və s.) faylları bərpa etməsi haqqında bəhs etmək istərdim ki, məhz bu proqramlar silinmiş məlumatların (şəkil, video, sənəd və s.) geri qaytarılması üçün xüsusi alqoritmlərdən istifadə edir. Bu prosesin texniki tərəflərini izah etmək üçün əvvəlcə bir neçə əsas anlayışı bilmək lazımdır: Silinmiş faylların vəziyyəti Əksər fayl sistemlərində (məsələn, NTFS, FAT32, exFAT) fayl silindikdə, həmin fayl fiziki olaraq diskin üzərindən silinmir ki, bu zaman: Fayl sistemində faylın olduğu yer boş olaraq işarələnir və həmin sahə üzərində yeni məlumat yazıla bilməsi üçün icazə verilir; Faylın "metadata"-ları (fayl adı, ölçüsü, yaradılma tarixi və s.) xüsusi strukturlarda saxlanılır (məsələn, NTFS-də MFT / Master File Table). Bu səbəbdən, fayl silindikdən dərhal sonra onu bərpa etmək mümkündür, çünki həmin məlumat fiziki olaraq diskin üzərində qalır. Ancaq yeni məlumat həmin yerə yazıldıqd...

Squid Proxy (I Hissə)

Salam dostlar, Bu məqaləmdə  "Squid Proxy"  haqqında bəhs edəcəm və qeyd edim ki, ilk hissə nəzəri məzmunu əhatə edir. Kompüter şəbəkələri sahəsində “proxy server-lər internetə çıxışın idarə edilməsi, imkanların genişləndirilməsi, trafikin tənzimlənməsi, keşin təmin edilməsi və s. mühüm rol oynayır ki, geniş istifadə olunan “proxy server”-lərdən biri “Squid Proxy”-dir. Beləliklə: Mündəricat “Squid Proxy” nədir; “Squid Proxy” necə işləyir; “Squid Proxy”-dən istifadənin üstünlükləri; “Squid Proxy”-nin istifadə əhatəsi; “Squid Proxy” ilə təhlükəsizlik və məxfilik.   “Squid Proxy” nədir? “Squid Proxy” şəbəkə protokolları olan “HTTP”, “HTTPS”, “FTP” və s. daxil olmaqla müxtəlif şəbəkə protokollarını dəstəkləyən açıq mənbəli “proxy server”-dir. O, “client” (məsələn, veb-brauzerlər) və “server” arasında vasitəçi rolunu oynayır, keşləmə (caching), yük bölüşdürmə (load balancing), filtirləmə (filtering), trafikin tənzimlənməsi (bandwidth), təhlükəsizlik və s. üçün istifadə olunara...