Skip to main content

NTFS İcazələr

Salam dostlar.

Bu məqalədə mən sizə
 NTFS Permissions (icazələr) haqqında danışacam. Belə ki mövzuya keçməzdən əvvəl NTFS haqqında qısaca bilgi vermək istərdim.

NTFS (New Technology File System)
 Windows-un yeni bir fayl sistemidir və köhnə fayl sistemi olan FAT32-dən fərqli olaraq NTFS partition həcmini 2TB, fayl həcmini 16TB-dək və fayl adını maksimum olaraq 255 xarakter olaraq dəstəkləyir. NTFS fayl sisteminin loru dilində desək "xəta tolerantlığı" və "avtomatik bərpa" funksiyası da vardır. NTFS və FAT32 arasında ən mühüm fərqlərdən biri, NTFS-də məlumatların şifrələnməsi mövcuddursa, FAT32-də şifrələnmə mövcud deyildir. Yeri gəlmişkən qeyd edim ki, növbəti məqalələrimdən birində sizə NTFS və FAT32 fayl sistemləri barəsində xeyli və əhatəli məlumat təqdim edəcəyəm. Beləliklə, indi isə NTFS icazələr mövzusuna keçid edək. 

NTFS icazələr, kateqoriya olaraq icazə, yetki və paylaşımlar toplusunu özündə əks etdirir və əsasən qovluq və fayl icazələri olmaqla aşağıdakı icazələr tipi kimi təyin edilir. Belə ki:

NTFS qovluq icazələri:

Full Control / Bütöv İdarəetmə Nəzarəti - Bir istifadəçinin və ya qrupun bir qovluq üçün bütün mövcud icazələrin olub-olmadığını müəyyənləşdirir. Bu icazə tipində istifadəçi və ya qrup qovluq ilə bağlı bütün yetkilərə sahib olmaqla əməliyyatları icra edə bilir;

Modify / Dəyişdirmək - Bir istifadəçinin və ya qrupun bir qovluq və qovluğun tərkibini dəyişdirə bilməsini təyin edir. Lakin "modify" icazə yetkisi "Full Control" icazə yetkisindən yetki baxımından məhduddur, çünki "modify" edə biləcək istifadəçi və ya qruplar qovluğun yetkilərini dəyişə və ya "ownership"-in aradan qaldırılmasını həyata keçirə bilmir;

Read and Execute / Oxumaq və İcra Etmək - Bir istifadəçinin və ya qrupun bir qovluqdakı məlumatları oxuya bilməsini və əmrləri icra edə bilməsini təyin edir;

List Folder Contents / Qovluq Siyahısı Məzmunu - Bir istifadəçinin və ya qrupun bir qovluğun tərkibini siyahıya sala bilməsini, qovluq və qovluq daxilində olan məlumatların görünməsini təyin edir. Bu, istifadəçilərin / qrupların hər hansı bir proqramı işə salmasına və ya qovluqdakı məlumatların heç birini oxumasına imkan vermir;

Read / Oxumaq - Bir istifadəçinin və ya qrupun qovluqdakı məlumatları oxuya bilməsini təyin edir. "Read and Execute"-dən fərqli olaraq, qovluq içərisində əmri icra edilə bilən bir fayl varsa, istifadəçi və ya qrup onu çalışdıra bilmir;

Write / Yazmaq - Bir istifadəçinin və ya qrupun qovluq yarada bilməsini, məlumat və qovluq üçün özəllikləri yaza bilməsini təyin edir. Yazma icazəsi qovluqdakı bütün məlumatları oxuma qabiliyyətini nəzərdə tutur. "Modify" ilə "Write" yetkisinin ən mühüm fərqi, "Write" yetkisilə istifadəçi və ya qrup yalnız qovluq yaratma və yazma imkanına malikdirsə, "Modify" yetkisilə istifadəçi və ya qrup həm yaratma, həm yazma, həm icra etmə və həm də silmək kimi imkanlara malikdir.

NTFS fayl icazələri:

Full Control / Bütöv İdarəetmə Nəzarəti - Bir istifadəçinin və ya qrupun bir fayl üçün bütün mövcud icazələrin olub-olmadığını müəyyənləşdirir. Bu icazə tipində istifadəçi və ya qrup fayl ilə bağlı bütün yetkilərə sahib olmaqla əməliyyatları icra edə bilir;

Modify / Dəyişdirmək - Bir istifadəçinin və ya qrupun bir faylın yetkilərini dəyişdirə bilməsini təyin edir. Lakin "modify" icazə yetkisi "Full Control" icazə yetkisindən yetki baxımından məhduddur, çünki "modify" edə biləcək istifadəçi və ya qruplar faylın yetkilərini dəyişə və ya "ownership"-in aradan qaldırılmasını həyata keçirə bilmir;

Read and Execute / Oxumaq və İcra Etmək - Bir istifadəçinin və ya qrupun bir fayldakı məlumatları (məsələn: sənədin məzmununu) oxuya və əmrləri icra edə bilməsini təyin edir;

Read / Oxumaq - Bir istifadəçinin bir faylın məlumatlarını oxuya bilməsini təyin edir. “Read and Execute”-dən fərqli olaraq, sözügedən fayl yürüdülə bilən bir sənəddirsə, istifadəçi və ya qrup onu çalışdıra bilmir;

Write / Yazmaq - Bir istifadəçinin və ya qrupun fayl yarada bilməsini və ya başqa sözlə, bir fayla məlumat yaza bilməsini təyin edir. Yazma icazəsi bir faylda olan bütün məlumatları oxumaq qabiliyyətini nəzərdə tutur. "Modify" ilə "Write" yetkisinin ən mühüm fərqi, "Write" yetkisilə istifadəçi və ya qrup yalnız fayl yaratma və yazma imkanına malikdirsə, "Modify" yetkisilə istifadəçi və ya qrup həm yaratma, həm yazma, həm icra etmə və həm də silmək kimi imkanlara malikdir.

Dostlar,

Güman edirəm ki, NTFS icazələr mövzusu ilə bağlı qısa məqaləm bilgi olaraq işinizə yarayacaqdır. Qeyd edim ki, NTFS icazələr mövzusu çox dərin və geniş bir mövzudur. NTFS icazələrin anlamını yalnız oxuyub mənimsəməklə deyil, digər araşdırmalar edərək, hətta qovluq və fayllarla praktiki iş təcrübəsilə də mənimsəmək lazımdır. Beləliklə, hər birinizə uğurlar arzulayıram və növbəti məqalələrdə görüşənədək...


Təşəkkü edirəm,


Hörmətlə,

Müəllif

Araz Əhmədov

Comments

Popular posts from this blog

Fayl Bərpa Alqoritmləri

  Salam dostlar, Bu yazımda sizə fayl bərpa proqramlarının (Recuva, Wondershare, EaseUS Data Recovery və s.) faylları bərpa etməsi haqqında bəhs etmək istərdim ki, məhz bu proqramlar silinmiş məlumatların (şəkil, video, sənəd və s.) geri qaytarılması üçün xüsusi alqoritmlərdən istifadə edir. Bu prosesin texniki tərəflərini izah etmək üçün əvvəlcə bir neçə əsas anlayışı bilmək lazımdır: Silinmiş faylların vəziyyəti Əksər fayl sistemlərində (məsələn, NTFS, FAT32, exFAT) fayl silindikdə, həmin fayl fiziki olaraq diskin üzərindən silinmir ki, bu zaman: Fayl sistemində faylın olduğu yer boş olaraq işarələnir və həmin sahə üzərində yeni məlumat yazıla bilməsi üçün icazə verilir; Faylın "metadata"-ları (fayl adı, ölçüsü, yaradılma tarixi və s.) xüsusi strukturlarda saxlanılır (məsələn, NTFS-də MFT / Master File Table). Bu səbəbdən, fayl silindikdən dərhal sonra onu bərpa etmək mümkündür, çünki həmin məlumat fiziki olaraq diskin üzərində qalır. Ancaq yeni məlumat həmin yerə yazıldıqd...

How To Install WordPress On Rocky Linux 9

WordPress is widely recognized as the preferred platform for building websites and blogs due to its ease of use and wide range of customization features. Suppose you’re considering installing WordPress on Rocky Linux, an open-source operating system known for its reliability. In that case, you’ll find the process to be quite straightforward when coupled with the LAMP stack – Linux, Apache, MySQL, and PHP. In the following article, we will guide you through each step of setting up WordPress on Rocky Linux using LAMP, allowing you to get your website or blog up and running smoothly in no time. So, let’s dive into the process! Install WordPress On Rocky Linux 9 Step 1: Update Your System in Rocky Linux Step 2: Installation process of LAMP Step 3: Install WordPress in Rocky Linux 9 Step 4: Configuration of Database Step 5: Configuration of WordPress Step 6: Configuration of Firewall settings Step 7: Log in to WordPress Step 1: Update Your System in Rocky Linux Before installing any new sof...

Fayl şifrələmə vasitələri (Linux)

Salam dostlar, Bu məqaləmdə "linux"-da istifadə olunan bəzi fayl şifrələmə vasitələri (file encryption tools) haqqında bəhs edəcəm. Beləliklə, fayl şifrələməsi nədir və "linux"-da hansı fayl şifrələmə vasitələri mövcuddur? Fayl şifrələməsi mübadilə edilən məlumatların oxunmaz vəziyyətə çevrilməsi prosesidir ki, faylların şifrələnməsi təhlükəsizlik baxımından çox vacibdir. Beləliklə, "linux"-da faylların şifrələməsini həyata keçirən bəzi vasitələr (tools) mövcuddur: "GnuPG (GPG)" "GnuPG" şifrələmə və rəqəmsal imza məqsədləri üçün geniş istifadə olunan pulsuz və açıq mənbəli proqramdır ki, faylları və e-poçtları şifrələmək, eləcə də deşifrə etmək üçün "OpenPGP" standartından istifadə edir. Bu şifrələmə platformasınds əvvəlcə "public key" və "private key" yaradılmalıdır ki, bu zaman "public key" şifrələmə (encrypt), "private key" isə şifrənin açılması (decrypt) üçü...