Skip to main content

Posts

NFS Haqqında

Salam dostlar, Bu məqaləm  "NFS" (Network File System)  haqqında həm nəzəri, həm də praktiki məzmunu əhatə edir. Beləliklə, "NFS" nədir? Nəzəri: 1980-ci ildə Amerikanın "Sun Microsystems" şirkəti tərəfindən yaradılan "NFS", şəbəkə dəstəkləyən cihazlar (server-lər) arasında qovluq, fayl (məlumat /data) mübadiləsinin məhz şəbəkə üzərindən sürətli və təhlükəsiz qaydada həyata keçirilməsini təmin edən şəbəkə protokoludur. "NFS" 1984-cü ildə ilk olaraq "NFSv1", 1989-cu ildə "NFSv2", 1995-ci ildə "NFSv3" və son olaraq 2000-ci ildə isə "NFSv4" versiyalarını təqdim etmişdir. "NFS" cihazlar arasında əlaqənin təmin edilməsi, eləcə də məlumat mübadiləsi zamanı "RPC" (Remote Procedure Call) protokoluna əsaslanır. "NFS" haqqında digər qeydlər: Fayl kilidləmə (File Lock) mexanimzini dəstəkləyir; "Kerberos" və "Access Control Lists" (ACL) kimi autentifikasiya və ...

Nginx (II Hissə)

Salam dostlar, "Nginx" ilə bağlı əvvəlki məqaləmin birinci hissəsində "Nginx"-ə nəzəri giriş edərək quraşdırılma prosesini icra etmişdim. Bu məqaləmdə isə (həmçinin birinci məqaləmdə ikinci hissə məqalənin yazılmasına görə verilmiş müsbət rəylərə əsasən) "Nginx"-in ayarlanması, nəzəri olaraq "forward", "reverse proxy" və "load balancer", eləcə də "failover scenario"-nun yaradılaraq "test simulation" prosesinin icra edilməsini həyata keçirəcəyik. Beləliklə, ilk olaraq "forward", "reverse proxy" və "load balancer" haqqında qısaca bəhs etmək istərdim. "Forward Proxy Server"  - düz "proxy server" anlamını ifadə edir və həmçinin "proxy server" kimi də adlanır. Bu zaman "client" kompüterlər "forward proxy server"-in adından sorğular göndərir ki, "forward proxy server" "client"-ın kimliyini kənardan (serverlərdən) g...