Skip to main content

NFS Haqqında

Salam dostlar,

Bu məqaləm "NFS" (Network File System) haqqında həm nəzəri, həm də praktiki məzmunu əhatə edir. Beləliklə, "NFS" nədir?


Nəzəri:

1980-ci ildə Amerikanın "Sun Microsystems" şirkəti tərəfindən yaradılan "NFS", şəbəkə dəstəkləyən cihazlar (server-lər) arasında qovluq, fayl (məlumat /data) mübadiləsinin məhz şəbəkə üzərindən sürətli və təhlükəsiz qaydada həyata keçirilməsini təmin edən şəbəkə protokoludur. "NFS" 1984-cü ildə ilk olaraq "NFSv1", 1989-cu ildə "NFSv2", 1995-ci ildə "NFSv3" və son olaraq 2000-ci ildə isə "NFSv4" versiyalarını təqdim etmişdir. "NFS" cihazlar arasında əlaqənin təmin edilməsi, eləcə də məlumat mübadiləsi zamanı "RPC" (Remote Procedure Call) protokoluna əsaslanır.

"NFS" haqqında digər qeydlər:

  • Fayl kilidləmə (File Lock) mexanimzini dəstəkləyir;
  • "Kerberos" və "Access Control Lists" (ACL) kimi autentifikasiya və girişə nəzarət mexanizmlərini dəstəkləyir;
  • Sürətlilik və performansı stabil saxlamaq, gecikməni minimuma endirmək üçün keşləmə (caching), eləcə də optimallaşdırma üsullarını tətbiq edir;
  • Müxtəlif əməliyyat sistemlərində istifadə oluna bilir;
  • Müxtəlif istifadəçi tərəfindən eyni anda paylaşılan və üzərində işlənən məlumatlarların heç bir itki olmadan effektivliyini və mərkəzləşdirilməsini təmin edir.


Praktiki:

İndi isə qeyd etdiyim kimi, praktiki olaraq "NFS"-in iki "server" (server-client) arasında qurulmasını təmin edərək həmin "server"-lər arasında məlumat mübadiləsini həyata keçirək:

Qeyd: Mən bu prakitki mühiti "srv1" və "srv2" adlı "RHEL9" əməliyyat sistemli maşınlarda quraşdıracam:

  • İlk öncə hər iki "linux" maşında (srv1, srv2) aşağıdakı əmri icra etməklə "NFS"-in yüklənməsini həyata keçiririk;

-- "yum install nfs-utils" --

No alt text provided for this image
No alt text provided for this image

  • Quraşdırılma bitdikdən sonra hər iki "linux" maşında "NFS"-in işə düşməsi üçün aşağıdakı əmrləri icra edirik:

-- "systemctl start nfs-server.service" --

-- "systemctl enable nfs-server.service" --

-- "systemctl start nfs-client.target" --

-- "systemctl enable nfs-client.target" --

No alt text provided for this image

  • Növbəti addımda "firewall" müdafiə sistemini söndürmədən, hər iki "linux" maşında "NFS" protokolunun "firewall"-dan keçməsini təmin etmək üçün aşağıdakı əmri icra edirik:

-- "firewall-cmd --add-service=nfs --permanent" --

-- "firewall-cmd --reload" --

No alt text provided for this image

  • Növbəti addımda aşağıdakı əmrləri hər iki "linux" maşında icra etməklə paylaşılacaq qovluqların yaradılmasını təmin edirik;

-- "mkdir /nfs -- (srv1)

-- "mkdir /share -- (srv2)

No alt text provided for this image

  • Növbəti addımda hər iki "linux" maşının "hostname2ip""ip2hostname" tənzimləmələrini "resolve" etmək üçün '"/etc/hosts" faylına hər iki "linux" maşının ad və ip ünvanlarını qeyd etməklə hər iki "linux" maşın arasında olan əlaqənin "hostname" üzərindən mövcudluğunu "ping" əmri vasitəsilə müəyyən edirik;

No alt text provided for this image
No alt text provided for this image

  • Növbəti addımda "srv2" maşında "/etc/exports/" faylına aşağıdakı sətri və əmri yazmaqla hər iki "linux" maşın arasında olan paylaşımı aktiv etmiş oluruq;

-- "share srv1-in ip ünvanı /24(rw,sync)" --

-- "systemctl restart nfs-server.service" --

No alt text provided for this image
No alt text provided for this image

  • Növbəti addımda "srv1"-də paylaşım qovluğunun (share), "nfs" qovluğu kimi daimi olaraq "mount" olunması üçün "/etc/fstab" faylına aşağıdakı sətri daxil edirik və əmrləri icra edirik;

-- "srv2:/share   /nfs    nfs   defaults   0 0" --

-- "mount -a" --

-- "systemctl restart nfs-server.service" --

-- "df -h" --

No alt text provided for this image
No alt text provided for this image

Nəticə olaraq, aşağıdakı şəkildə də görə bilərik ki, hər iki (srv1 və srv2) "linux" maşınlar arasında "NFS" paylaşımı uğurla icra olundu. Yəni "srv2" maşında yaradılan bütün məlumatlar (file, folder/data) "srv1" maşında da görünür.

No alt text provided for this image

Dostlar,

Güman edirəm ki, "NFS" haqqında yazdığım məqaləm sizin üçün faydalı olar.

Təşəkkür edirəm və uğurlar!


Hörmətlə,

Müəllif

Araz Əhmədov

Comments

Popular posts from this blog

How To Install WordPress On Rocky Linux 9

WordPress is widely recognized as the preferred platform for building websites and blogs due to its ease of use and wide range of customization features. Suppose you’re considering installing WordPress on Rocky Linux, an open-source operating system known for its reliability. In that case, you’ll find the process to be quite straightforward when coupled with the LAMP stack – Linux, Apache, MySQL, and PHP. In the following article, we will guide you through each step of setting up WordPress on Rocky Linux using LAMP, allowing you to get your website or blog up and running smoothly in no time. So, let’s dive into the process! Install WordPress On Rocky Linux 9 Step 1: Update Your System in Rocky Linux Step 2: Installation process of LAMP Step 3: Install WordPress in Rocky Linux 9 Step 4: Configuration of Database Step 5: Configuration of WordPress Step 6: Configuration of Firewall settings Step 7: Log in to WordPress Step 1: Update Your System in Rocky Linux Before installing any new sof...

Fayl Bərpa Alqoritmləri

  Salam dostlar, Bu yazımda sizə fayl bərpa proqramlarının (Recuva, Wondershare, EaseUS Data Recovery və s.) faylları bərpa etməsi haqqında bəhs etmək istərdim ki, məhz bu proqramlar silinmiş məlumatların (şəkil, video, sənəd və s.) geri qaytarılması üçün xüsusi alqoritmlərdən istifadə edir. Bu prosesin texniki tərəflərini izah etmək üçün əvvəlcə bir neçə əsas anlayışı bilmək lazımdır: Silinmiş faylların vəziyyəti Əksər fayl sistemlərində (məsələn, NTFS, FAT32, exFAT) fayl silindikdə, həmin fayl fiziki olaraq diskin üzərindən silinmir ki, bu zaman: Fayl sistemində faylın olduğu yer boş olaraq işarələnir və həmin sahə üzərində yeni məlumat yazıla bilməsi üçün icazə verilir; Faylın "metadata"-ları (fayl adı, ölçüsü, yaradılma tarixi və s.) xüsusi strukturlarda saxlanılır (məsələn, NTFS-də MFT / Master File Table). Bu səbəbdən, fayl silindikdən dərhal sonra onu bərpa etmək mümkündür, çünki həmin məlumat fiziki olaraq diskin üzərində qalır. Ancaq yeni məlumat həmin yerə yazıldıqd...

Squid Proxy (I Hissə)

Salam dostlar, Bu məqaləmdə  "Squid Proxy"  haqqında bəhs edəcəm və qeyd edim ki, ilk hissə nəzəri məzmunu əhatə edir. Kompüter şəbəkələri sahəsində “proxy server-lər internetə çıxışın idarə edilməsi, imkanların genişləndirilməsi, trafikin tənzimlənməsi, keşin təmin edilməsi və s. mühüm rol oynayır ki, geniş istifadə olunan “proxy server”-lərdən biri “Squid Proxy”-dir. Beləliklə: Mündəricat “Squid Proxy” nədir; “Squid Proxy” necə işləyir; “Squid Proxy”-dən istifadənin üstünlükləri; “Squid Proxy”-nin istifadə əhatəsi; “Squid Proxy” ilə təhlükəsizlik və məxfilik.   “Squid Proxy” nədir? “Squid Proxy” şəbəkə protokolları olan “HTTP”, “HTTPS”, “FTP” və s. daxil olmaqla müxtəlif şəbəkə protokollarını dəstəkləyən açıq mənbəli “proxy server”-dir. O, “client” (məsələn, veb-brauzerlər) və “server” arasında vasitəçi rolunu oynayır, keşləmə (caching), yük bölüşdürmə (load balancing), filtirləmə (filtering), trafikin tənzimlənməsi (bandwidth), təhlükəsizlik və s. üçün istifadə olunara...