Skip to main content

İP Ünvan (IPv6)

Salam dostlar,

Bu məqaləmdə ipv6 haqqında bəhs etmək istərdim. Belə ki, texnologiyanın inkişafı həddindən artıq sürətli olduğundan ipv4 ünvanlarının məhdudluğu və kifayət etməyəcəyi nəzərə alınaraq yeni nəsil ipv6 ünvanları yaradıldı. Beləliklə, ipv6-nın ipv4 ilə bəzi fərqlərinə nəzər salaq:

  • ipv4 ünvanı 32bit-dən (decimal) ibarətdirsə, ipv6 128 bit-dən (hexadecimal) ibarətdir;
  • ipv4 ünvanında yalnız rəqəmlər (decimal) istifadə olunursa, ipv6 ünvanında isə həm rəqəmlər, həm də hərflər (hexadecimal) istifadə olunur;
  • ipv4 ünvanı 4 milyarddan yuxarı saydadırsa, ipv6 ünvanı 340 trilyondan yuxarı saydadır;
  • ipv4 ünvanı məhdud sayda olduğundan cihazlarda yenidən (təkrar) istifadə və ya "mask" oluna bilirsə, ipv6 ünvanı həddindan artıq sayda olduğundan hər bir cihazın (təkrar istifadə olmadan) bənzərsiz (unique) ip ünvanı ola bilər;
  • ipv4 ünvanı 4 "octet" və hər "octet" 8 bit-dən ibarətdirsə, ipv6 ünvanı 8 "octet" və hər "octet" 16 bit-dən ibarətdir, eləcə də hər "octet" bir-birindən iki nöqtə (:) ilə ayrılır;

İpv4 ünvanında olduğu kimi, ipv6 ünvanından da "binary" formata konvertasiya prosesi (fərqli üsul ilə) baş verir. Bir daha qeyd edim ki, kompüter və şəbəkə cihazları ip ünvanı standard rəqəmlər kimi deyil, "binary" formatında (0 və 1 kimi) anlayır və icra edir.
Beləliklə, konvertasiya prosesini (linkedin-də qrafiki imkanlar olmadığına görə sətir tipli izahlı variant ilə) "2345:A425:2CA1:38BD:2091:C567:AF73:23B5" ipv6 ünvanı üzərindən aşağıdakı cədvələ uyğun şəkildə həyata keçirək:

No alt text provided for this image

2345 - "hexadecimal" sütununda yer alan 2 rəqəmi "binary" sütununda 0010; 3 rəqəmi 0011; 4 rəqəmi 0100; 5 rəqəmi isə 0101 kimi konvertasiya olunur (0010001101000101);

A425 - "hexadecimal" sütununda yer alan A hərfi "binary" sütununda 1010; 4 rəqəmi 0100; 2 rəqəmi 0010; 5 rəqəmi isə 0101 kimi konvertasiya olunur; (1010010000100101);

2CA1 - "hexadecimal" sütununda yer alan 2 rəqəmi "binary" sütununda 0010; C hərfi 1100; A hərfi 1010; 1 rəqəmi isə 0001 kimi konvertasiya olunur (0010110010100001);

38BD - "hexadecimal" sütununda yer alan 3 rəqəmi "binary" sütununda 0011; 8 rəqəmi 1000; B hərfi 1011; D hərfi 1101 kimi konvertasiya olunur (0011100010111101);

2091 - "hexadecimal" sütununda yer alan 2 rəqəmi "binary" sütununda 0010; 0 rəqəmi 0000; 9 rəqəmi 1001; 1 rəqəmi isə 0001 kimi konvertasiya olunur (0010000010010001);

C567 - "hexadecimal" sütununda yer alan C hərfi "binary" sütununda 1100; 5 rəqəmi 0101; 6 rəqəmi 0110; 7 rəqəmi isə 0111 kimi konvertasiya olunur (1100010101100111);

AF73 - "hexadecimal" sütununda yer alan A hərfi "binary" sütununda 1010; F hərfi 1111; 7 rəqəmi 0111; 3 rəqəmi isə 0011 kimi konvertasiya olunur (1010111101110011);

23B5 - "hexadecimal" sütununda yer alan 2 rəqəmi "binary" sütununda 0010; 3 rəqəmi 0011; B hərfi 1011; 5 rəqəmi isə 0101 kimi konvertasiya olunur; (0010001110110101); 

Dostlar,
Güman edirəm ki, ipv6 haqqında bu məqaləm maariflənməniz istiqamətində işinizə yarayacaqdır. Zəhmət olmasa bu yazımı bəyənərək paylaşasanız ki, digər İT əməkdaşlar da məlumatlı olsunlar...

Təşəkkür edirəm və uğurlar!

Hörmətlə,
Müəllif
Araz Əhmədov

Comments

Popular posts from this blog

How To Install WordPress On Rocky Linux 9

WordPress is widely recognized as the preferred platform for building websites and blogs due to its ease of use and wide range of customization features. Suppose you’re considering installing WordPress on Rocky Linux, an open-source operating system known for its reliability. In that case, you’ll find the process to be quite straightforward when coupled with the LAMP stack – Linux, Apache, MySQL, and PHP. In the following article, we will guide you through each step of setting up WordPress on Rocky Linux using LAMP, allowing you to get your website or blog up and running smoothly in no time. So, let’s dive into the process! Install WordPress On Rocky Linux 9 Step 1: Update Your System in Rocky Linux Step 2: Installation process of LAMP Step 3: Install WordPress in Rocky Linux 9 Step 4: Configuration of Database Step 5: Configuration of WordPress Step 6: Configuration of Firewall settings Step 7: Log in to WordPress Step 1: Update Your System in Rocky Linux Before installing any new sof...

Fayl Bərpa Alqoritmləri

  Salam dostlar, Bu yazımda sizə fayl bərpa proqramlarının (Recuva, Wondershare, EaseUS Data Recovery və s.) faylları bərpa etməsi haqqında bəhs etmək istərdim ki, məhz bu proqramlar silinmiş məlumatların (şəkil, video, sənəd və s.) geri qaytarılması üçün xüsusi alqoritmlərdən istifadə edir. Bu prosesin texniki tərəflərini izah etmək üçün əvvəlcə bir neçə əsas anlayışı bilmək lazımdır: Silinmiş faylların vəziyyəti Əksər fayl sistemlərində (məsələn, NTFS, FAT32, exFAT) fayl silindikdə, həmin fayl fiziki olaraq diskin üzərindən silinmir ki, bu zaman: Fayl sistemində faylın olduğu yer boş olaraq işarələnir və həmin sahə üzərində yeni məlumat yazıla bilməsi üçün icazə verilir; Faylın "metadata"-ları (fayl adı, ölçüsü, yaradılma tarixi və s.) xüsusi strukturlarda saxlanılır (məsələn, NTFS-də MFT / Master File Table). Bu səbəbdən, fayl silindikdən dərhal sonra onu bərpa etmək mümkündür, çünki həmin məlumat fiziki olaraq diskin üzərində qalır. Ancaq yeni məlumat həmin yerə yazıldıqd...

İstifadəçi Profilləri (Windows)

Salam dostlar, Bu tərcümə-məqalədə mən sizə windows əməliyyat sistemində olan "istifadəçi" profilləri haqqında vacib məlumatları diqqətinizə çatdıracam. Qeyd edim ki, dəfələrlə bu istifadəçi profilləri ilə qarşılaşmağımıza rəğmən, bəlkə də fərqinə belə varmamış və üzərindən ötəri keçmişik. Beləliklə, istifadəçi profili nədir və ya necə yaranır? İstifadəçi profili, istifadəçi ilk dəfə kompüterə daxil olduqda sistem tərəfindən yaradılır. Sonrakı daxil olmalarda isə sistem istifadəçinin "profilini" yükləyir, daha sonra isə bu profildəki məlumatlara istinadən digər sistem komponentləri istifadəçi mühitini ayarlayır. İstifadəçi profillərinin aşağıdakı növləri mövcuddur:  Local İstifadəçi Profilləri:   Bu profil yerli profil adlanır. Lokal istifadəçi profili, istifadəçinin kompüterə ilk dəfə daxil olduğu zaman yaranır. Profil kompüterin yerli sabit diskində saxlanılır. Lokal istifadəçi profilində edilən dəyişikliklər istifadəçiyə və dəyişikliklərin edildiyi həmin k...