Skip to main content

PowerShell - I Hissə

Salam dostlar! Bu məqalədə sizə "PowerShell" haqqında danışacam. Qeyd edim ki, PowerShell mövzusu daha geniş və dərin olduğundan, PowerShell haqqında yazacağım məqaləni çox hissəli nəzərdə tutmuşam ki, (bu) 1-ci hissədə PowerShell-ə qısa da olsa ümumi bir giriş edəcəyik!

PowerShell

No alt text provided for this image

Beləliklə, PowerShell nədir? Dostlar, bir çoxunuz PowerShell, eləcə də "cmd/command prompt" haqqında eşitmisiniz və hansı funksiya, xüsusiyyətlərə malik olduğunu da yəqin ki, bilirsiniz. Qeyd edim ki, PowerShell də "cmd" kimi əmrləri icra edən bir platformadır, lakin PowerShell "cmd"-dən daha çox imkanlara malikdir. PowerShell-də "cmdlets" kimi tanınan əmrlər cmd-də mövcud deyildir və PowerShell ilə cmd əmrləri fərqlidir. PowerShell sözündə yer alan "shell" loru dilində ifadə etsək, "qabıq və ya üzlük" mənasını ifadə edir ki, burada "qabıq" deyərkən bir əməliyyat sisteminin müxtəlif xidmətlərinə giriş imkanı verən istifadəçi interfeysi (UI) anlaşılır. Shell "CLI" və "GUI" əsaslı ola bilər. PowerShell, "Microsoft" tərəfindən tapşırıq və əmrlərin icrasının avtomatlaşdırılması, eləcə də tənzimləmələrin idarə edilməsi üçün hazırlanmış bir qabıq, yəni üzlükdür. Qeyd edim ki, açıq mənbə (open-source) olan PowerShell "Windows", "MacOS" və "Linux" əməliyyat sistemlərində quraşdırılaraq istifadə oluna bilər. Shell "Net Framework"-a əsaslanır, eləcə də Shell-ə "əmrlər sətri olan qabıq"  "script dili" daxildir. PowerShell-in ilk versiyası 2006-cı ilin noyabrında "Windows XP", "Windows Server 2003" və "Windows Vista" əməliyyat sistemləri üçün Microsoft tərəfindən buraxılmışdır. Qeyd edim ki, PowerShell-dən nəinki server mühitində, eləcə də client mühitində də istifadə etmək mümkündür. Qeyd etdiyimiz kimi, PowerShell yorucu və vaxt aparan administrativ tapşırıqları avtomatlaşdırmağa və sürətlə həll etməyə kömək edən bir vasitə olaraq hazırlanmışdır. Məsələn: Öz təcrübəmə əsaslanaraq qeyd edə bilərəm ki, Active Directory-də (AD) onlarca, yüzlərcə, minlərcə və s. istifadəçinin yaradılması (eləcə də attributiv məlumatlar-ofis nömrə, mobil nömrə, ölkə, şəhər, departament adı, email ünvanı və s. daxil etmək) üçün əməliyyatın bir-bir deyil, PowerShell-də bir əmr vasitəsilə həyata keçirilməsi, həm administrativ tapşırığın vaxtında yerinə yetirilməsini, həm də vaxt itkisinin qarşısının alınmasını effektiv şəkildə təmin edir. Nəinki, istifadəçi ilə bağlı əməliyyatlar, eləcə də digər administrativ əməliyyatlar PowerShell-də xüsusi əmrlər vasitəsilə həyata keçirilir. Beləliklə, PowerShell-in bütün imkanları, script-lər yaradaraq, çoxsaylı əmrləri birləşdirərək yorucu, vaxt aparan, təkrarlanan tapşırıqları sadələşdirməyə və avtomatlaşdırmağa imkan verir.

PowerShell ISE

No alt text provided for this image

PowerShell ISE (Integrated Scripting Environment) adından da göründüyü kimi "script mühiti" anlamını ifadə edir ki, əmrlər yazılacaq pəncərə bütün əmrlərin bir-bir və script şəklində yaradılması, dəyişdirilməsi, eləcə də test edilməsi və s. həyata keçirmək üçün nəzərdə tutulmuş (GUI) qrafik istifadəçi interfeysidir. Məsələn: Öz təcrübəmə əsaslanaraq qeyd edə bilərəm ki, Active Directory-də (AD) tərkibi bir çox istifadəçidən ibarət olan bir neçə qrupunuz mövcuddur ki, siz yeni bir qrup yaradaraq digər qrupda olan istifadəçiləri həmin yeni qrupa əlavə etmək istəyirsiniz. Bu zaman siz, PowerShell istifadə etmədən, GUI üzərindən bir-bir həmin qrupda olan istifadəçilərin yeni qrupa əlavə edilməsini həyata keçirəcəksiniz ki, bu da vaxt aparan və yorucu bir işdir. Bütün bunları nəzərə alaraq siz əvvəlcədən hazırladığınız əmrləri PowerShell-də bir-bir (copy+paste+enter prosesilə) icra edə bilərsiniz, (hansı ki bu proses də bir az vaxt itkisi sayılır), və ya PowerShell ISE-də bütün əmrləri yazaraq, həmin əmrlərin script kimi icra edilməsini həyata keçirə bilərsiniz ki, vaxtınıza daha da qənaət etmiş olarsınız.

Dostlar,
Fikrimcə giriş və qısa olaraq PowerShell haqqındakı bu məqalə ilə sizdə müəyyən təsəvvür yarada bildim. Beləliklə, PowerShell haqqında bu qədər, və növbəti (PowerShell və digər) məqalələrdə görüşənədək!
Təşəkkür edirəm və uğurlar!

Hörmətlə,
Müəllif
Araz Əhmədov

Comments

Popular posts from this blog

Fayl Bərpa Alqoritmləri

  Salam dostlar, Bu yazımda sizə fayl bərpa proqramlarının (Recuva, Wondershare, EaseUS Data Recovery və s.) faylları bərpa etməsi haqqında bəhs etmək istərdim ki, məhz bu proqramlar silinmiş məlumatların (şəkil, video, sənəd və s.) geri qaytarılması üçün xüsusi alqoritmlərdən istifadə edir. Bu prosesin texniki tərəflərini izah etmək üçün əvvəlcə bir neçə əsas anlayışı bilmək lazımdır: Silinmiş faylların vəziyyəti Əksər fayl sistemlərində (məsələn, NTFS, FAT32, exFAT) fayl silindikdə, həmin fayl fiziki olaraq diskin üzərindən silinmir ki, bu zaman: Fayl sistemində faylın olduğu yer boş olaraq işarələnir və həmin sahə üzərində yeni məlumat yazıla bilməsi üçün icazə verilir; Faylın "metadata"-ları (fayl adı, ölçüsü, yaradılma tarixi və s.) xüsusi strukturlarda saxlanılır (məsələn, NTFS-də MFT / Master File Table). Bu səbəbdən, fayl silindikdən dərhal sonra onu bərpa etmək mümkündür, çünki həmin məlumat fiziki olaraq diskin üzərində qalır. Ancaq yeni məlumat həmin yerə yazıldıqd...

How To Install WordPress On Rocky Linux 9

WordPress is widely recognized as the preferred platform for building websites and blogs due to its ease of use and wide range of customization features. Suppose you’re considering installing WordPress on Rocky Linux, an open-source operating system known for its reliability. In that case, you’ll find the process to be quite straightforward when coupled with the LAMP stack – Linux, Apache, MySQL, and PHP. In the following article, we will guide you through each step of setting up WordPress on Rocky Linux using LAMP, allowing you to get your website or blog up and running smoothly in no time. So, let’s dive into the process! Install WordPress On Rocky Linux 9 Step 1: Update Your System in Rocky Linux Step 2: Installation process of LAMP Step 3: Install WordPress in Rocky Linux 9 Step 4: Configuration of Database Step 5: Configuration of WordPress Step 6: Configuration of Firewall settings Step 7: Log in to WordPress Step 1: Update Your System in Rocky Linux Before installing any new sof...

NTFS İcazələr

Salam dostlar. Bu məqalədə mən sizə   NTFS Permissions   (icazələr)   haqqında danışacam. Belə ki mövzuya keçməzdən əvvəl NTFS haqqında qısaca bilgi vermək istərdim. NTFS (New Technology File System)   Windows-un yeni bir fayl sistemidir və köhnə fayl sistemi olan FAT32-dən fərqli olaraq NTFS partition həcmini 2TB, fayl həcmini 16TB-dək və fayl adını maksimum olaraq 255 xarakter olaraq dəstəkləyir. NTFS fayl sisteminin loru dilində desək "xəta tolerantlığı" və "avtomatik bərpa" funksiyası da vardır. NTFS və FAT32 arasında ən mühüm fərqlərdən biri, NTFS-də məlumatların şifrələnməsi mövcuddursa, FAT32-də şifrələnmə mövcud deyildir. Yeri gəlmişkən qeyd edim ki, növbəti məqalələrimdən birində sizə   NTFS və FAT32   fayl sistemləri barəsində xeyli və əhatəli məlumat təqdim edəcəyəm. Beləliklə, indi isə NTFS icazələr mövzusuna keçid edək.  NTFS icazələr,   kateqoriya olaraq icazə, yetki və paylaşımlar toplusunu özündə əks etdirir və əsasən qovluq və fay...