Skip to main content

Cockpit Veb İdarəetmə Platforması

Salam dostlar,

Bu məqaləmdə "cockpit" haqqında bəhs edəcəm. Beləliklə, "cockpit" nədir?

"GNU LGPL" adı altında fəaliyyət göstərən "cockpit", veb interfeysli və pulsuz (GUI) platformadır ki, "server"-lərin mərkəzdən idarə olunmasını təmin edir. Bir sözlə qeyd etsək, "cockpit" "server"-lərin veb interfeysli olaraq mərkəzdən idarəetmə alətidir. Daha anlaşıqlı olması üçün "cockpit"-ə müqayisə olaraq "vmware esxi" və ya "vmware vcenter" veb platformalarını nümunə kimi göstərmək olar ki, bildiyiniz kimi məhz "vmware esxi" veb platforması ilə virtual maşınların (vm), "vmware vcenter" veb platforması ilə isə "esxi host"-ların idarə olunması həyata keçirilir. "Cockpit" veb platformasının da funksionallığı demək olar ki, eynilə "vmware"-in veb platforması kimidir. Əlavə olaraq qeyd edim ki, "cockpit" veb platformasında "vm" və ya "host" anlayışı "server" anlamını da ifadə edir ki, "vmware" ilə müqayisədə anlaşıqlı olması üçün "vm" və "host" ifadələrini nümunə kimi təqdim etdim. Beləliklə, "cockpit" aləti "Fedora 21" və "Red Hat Enterprise Linux 8" əməliyyat sistemi versiyalarında standard (default) olaraq buraxılsa da, lakin "Red Hat Enterprise Linux 7" və "CentOS 7" əməliyyat sistemi versiyalarında istəyə bağlı (optional) olmuşdur. "Cockpit" veb platforması "GUI" olduğu üçün heç bir "Linux" əmrlərini yadda saxlamağa və əmrlərin icrasını "CLI" (shell) vasitəsilə icra etməyə ehtiyac yoxdur. "CLI"-da əmrlərlə edə biləcəyiniz bütün proseslərin icrasını, yəni:

  • loqların izlənilməsini;
  • yaddaşın (storage) əlavə və idarə edilməsini;
  • şəbəkə tənzimləmlərinin həyata keçirilməsini;
  • istifadəçilərin yaradılması və idarə edilməsini;
  • icazələrin (permissions) həyata keçirilməsini;
  • "selinux"-un idarə edilməsini;
  • konteynerlərin idarə edilməsini;
  • "service" və proseslərin idarə edilməsini;
  • əməliyyat sisteminin "update" və "upgrade" edilməsini;
  • "server"-lərin əlavə edilərək mərkəzdən idarə edilməsini və s.

məhz bu plaformada qrafiki (GUI) səviyyədə həyata keçirmək mümküdür. Beləliklə, yaratdığım "cockpit" veb platforması ilə bağlı şəkilli və praktiki nümunələri təqdim edirəm:

No alt text provided for this image
No alt text provided for this image
No alt text provided for this image

Əlavə olaraq qeyd edim ki,

  • Veb platformada yer alan "root" istifadəçisi məhz "linux" əməliyyat sistemində yer alan "root" istifadəçisidir;
  • "Cockpit" veb platforması həm "hostname", həm də "ip" ünvan vasitəsilə (default) "9090" portu ilə istifadə olunur;
  • "Cockpit" veb alətinin "linux"-da yüklənməsi çox sadədir. Aşağıdakı nümunədə "cockpit" veb alətinin "linux" əməliyyat sistemlərində yüklənməsi qaydası verilmişdir:

"Fedora/CentOS 8/RHEL 8"

sudo dnf install cockpit

"Ubuntu/Debian 10"

sudo apt install cockpit

"socket"-in aktiv edilməsi əmri:

sudo systemctl enable --now cockpit.socket

"Fedora/CentOS 8/RHEL 8" əməliyyat sistemlərində "cockpit"-in "firewall rule"-a əlavə edilməsi əmri:

sudo firewall-cmd --add-service=cockpit --permanent
sudo firewall-cmd --reload

Əlavə olaraq qeyd edim ki, "cockpit" veb alətini demək olar ki, "Linux"-un bütün "distribution"-larında yükləməklə veb platformanı tətbiq etmək mümkündür:

No alt text provided for this image

Dostlar,

Güman edirəm ki, bu məqaləm də maariflənməniz istiqamətində faydalı olar.

Təşəkkür edirəm və uğurlar!

Hörmətlə,

Müəllif

Araz Əhmədov

Comments

Popular posts from this blog

Fayl Bərpa Alqoritmləri

  Salam dostlar, Bu yazımda sizə fayl bərpa proqramlarının (Recuva, Wondershare, EaseUS Data Recovery və s.) faylları bərpa etməsi haqqında bəhs etmək istərdim ki, məhz bu proqramlar silinmiş məlumatların (şəkil, video, sənəd və s.) geri qaytarılması üçün xüsusi alqoritmlərdən istifadə edir. Bu prosesin texniki tərəflərini izah etmək üçün əvvəlcə bir neçə əsas anlayışı bilmək lazımdır: Silinmiş faylların vəziyyəti Əksər fayl sistemlərində (məsələn, NTFS, FAT32, exFAT) fayl silindikdə, həmin fayl fiziki olaraq diskin üzərindən silinmir ki, bu zaman: Fayl sistemində faylın olduğu yer boş olaraq işarələnir və həmin sahə üzərində yeni məlumat yazıla bilməsi üçün icazə verilir; Faylın "metadata"-ları (fayl adı, ölçüsü, yaradılma tarixi və s.) xüsusi strukturlarda saxlanılır (məsələn, NTFS-də MFT / Master File Table). Bu səbəbdən, fayl silindikdən dərhal sonra onu bərpa etmək mümkündür, çünki həmin məlumat fiziki olaraq diskin üzərində qalır. Ancaq yeni məlumat həmin yerə yazıldıqd...

How To Install WordPress On Rocky Linux 9

WordPress is widely recognized as the preferred platform for building websites and blogs due to its ease of use and wide range of customization features. Suppose you’re considering installing WordPress on Rocky Linux, an open-source operating system known for its reliability. In that case, you’ll find the process to be quite straightforward when coupled with the LAMP stack – Linux, Apache, MySQL, and PHP. In the following article, we will guide you through each step of setting up WordPress on Rocky Linux using LAMP, allowing you to get your website or blog up and running smoothly in no time. So, let’s dive into the process! Install WordPress On Rocky Linux 9 Step 1: Update Your System in Rocky Linux Step 2: Installation process of LAMP Step 3: Install WordPress in Rocky Linux 9 Step 4: Configuration of Database Step 5: Configuration of WordPress Step 6: Configuration of Firewall settings Step 7: Log in to WordPress Step 1: Update Your System in Rocky Linux Before installing any new sof...

Fayl şifrələmə vasitələri (Linux)

Salam dostlar, Bu məqaləmdə "linux"-da istifadə olunan bəzi fayl şifrələmə vasitələri (file encryption tools) haqqında bəhs edəcəm. Beləliklə, fayl şifrələməsi nədir və "linux"-da hansı fayl şifrələmə vasitələri mövcuddur? Fayl şifrələməsi mübadilə edilən məlumatların oxunmaz vəziyyətə çevrilməsi prosesidir ki, faylların şifrələnməsi təhlükəsizlik baxımından çox vacibdir. Beləliklə, "linux"-da faylların şifrələməsini həyata keçirən bəzi vasitələr (tools) mövcuddur: "GnuPG (GPG)" "GnuPG" şifrələmə və rəqəmsal imza məqsədləri üçün geniş istifadə olunan pulsuz və açıq mənbəli proqramdır ki, faylları və e-poçtları şifrələmək, eləcə də deşifrə etmək üçün "OpenPGP" standartından istifadə edir. Bu şifrələmə platformasınds əvvəlcə "public key" və "private key" yaradılmalıdır ki, bu zaman "public key" şifrələmə (encrypt), "private key" isə şifrənin açılması (decrypt) üçü...