Skip to main content

RHCSA-EX200/Praktiki Suallar, Nəzəri Biliklər, Praktiki Həll Yolları və Müzakirələr. Sual #1

Salam dostlar,

Bu və növbəti praktiki məqalələrimdə "RHCSA-EX200" imtahanında düşə biləcək bəzi sualların həllini, sual və həll zamanı istifadə olunan əmrlər haqqında olan bəzi nəzəri bilikləri, eləcə də (ehtiyac yarandığı təqdirdə əgər hər hansı bir sual yaranarsa) müzakirəsini təqdim edəcəm. Qeyd edim ki, təqdim edəcəyim (qarışıq) nəzəri, praktiki sualların, imtahandakı praktiki suallarla 100 faiz eynilik təşkil etməsi anlamına gəlmir. Sadəcə olaraq məqsədim həmin nəzəri, praktiki sualların təyinatını anlamaq və cavabları əzbərləməklə deyil, məntiqi həll yolu ilə icra etməklə, imtahana düşə biləcək bu tipli sualların həllini həyata keçirməkdir. Beləliklə:

  • Prakitki Sual 1

"/etc/testfile" faylından "abcde"  "abcdefgh" olan sətirləri tapın və həmin sətrləri "/tmp/testfile" faylına yazın;

Həll yolu:

Qeyd edim ki, həll yolları müxtəlif ola bilər, lakin imtahan müddətini nəzər alaraq ən ideal və vaxt qazandıran həll yolu həyata keçirilməlidir ki, həmin həll yolunu təqdim edirəm: İlk öncə "etc" qovluğunda olan "testfile" faylını "cat" əmrini icra etməklə oxuyuruq:

No alt text provided for this image

Daha sonra isə sualın şərtinə uyğun olaraq "grep abcde /etc/testfile > /tmp/testfile" əmrini icra etməklə verilən tapşırığın öhdəsindən gəlmiş oluruq;

No alt text provided for this image

Məqalənin məzmununda istifadə olunan əmrlərlə bağlı bəzi Nəzəri Biliklər:

"etc" - "Linux"-da əhəmiyyətli sistem tənzimləmələri (konfiqurasiya) fayllarını özündə saxlayan əsas qovluqlardan (directory) biridir və bütöv adı "etcetera" olan bu söz ingilis dilindən tərcümədə "və s. və ilaxır" anlamını ifadə edir. Bəzi mənbələrdə bu söz "Linux"-da "editable text configuration" olaraq da adlandırılır.

"tmp" - "temporary" sözünün qısaldılmış formasıdır və müvəqqəti qovluq və faylların saxlandığı qovluqdur (directory).

"cat" - əmri "concatenate" anlamını ifadə edir və qovluq (directory) deyil, yalnız fayl məzmunun oxunmasını təmin etməklə yanaşı, eləcə də fayl yaradılması və bir faylda olan məzmunun digər bir fayla ötürülməsini də təmin edə bilir;

"cd" - əmri bütöv olaraq "change directory" deməkdir və qovluqlar (directory) üzrə gəzintini təmin edir.

"ls -l" - əmri qovluqlarda (directory) yer alan faylların listini vertikal şəkildə görüntüləyir;

"grep" - əmri "global regular expression print" anlamını ifadə edir və müntəzəm ifadə, sətrlərdə olan mətn fayllarının axtarışı və uyğunlaşdırılmasını təmin edir;

">" - (single output redirection) fayllarda məzmun dəyişikliyini həyata keçirən yönləndirmə və ya istiqamətləndirmə simvolu hesab olunur və faylda əvvəlki sətrləri silərək yeni sətrin əlavə edilməsini (overwrite) təmin edir.

Müzakirə:

Sual: Müəmmalı qala bilər ki, praktiki sualın şərtində "abcde" və "abcdef" sətirlərini tapmaq və digər qovluğdakı fayla yönəltmək tələb olunduğu halda, praktiki sualın həlli prosesi nə üçün yalnız bir əmri icra etməklə həyata keçirildi?

Cavab: Yuxarıda qeyd etdiyim ki, imtahan müddəti zamanla tənzimləndiyi üçün ən uzun həll yolu deyil, ən qısa həll yolunu fikirləşmək lazımdır. Belə ki, "testfile" adlı faylımızda hərfləri əhatə edən sətrlər alt-alta qeyd olunmuşdur ki, "abcde" və "abcdefgh" sətrlərini ayrı-ayrı sətrlərdə yazmaqla, hər sətr (abcde və abcdefgh) üçün əlavə əmr yazmağa ehtiyac qalmır və yuxarıda tətbiq edilmiş əmr vasitəsilə (grep abcde /etc/testfile > /tmp/testfile) sualın şərtini ödəyən qısa həll yolu həyata keçirilmiş olur.

Dostlar,

Dostlar, fikrimcə bu praktiki məqaləm maariflənməniz üçün faydalı olar.

Təşəkkür edirəm və hər birinizə uğurlar arzu edirəm!

Hörmətlə,

Müəllif

Araz Əhmədov

Comments

  1. "abcde" və "abcdefgh" ile bashlayan szoler coxdursa, sual yalniz bu iki sozu cixarmaq ucun verilibse ne istifade etmeliyik?

    ReplyDelete

Post a Comment

Popular posts from this blog

Fayl Bərpa Alqoritmləri

  Salam dostlar, Bu yazımda sizə fayl bərpa proqramlarının (Recuva, Wondershare, EaseUS Data Recovery və s.) faylları bərpa etməsi haqqında bəhs etmək istərdim ki, məhz bu proqramlar silinmiş məlumatların (şəkil, video, sənəd və s.) geri qaytarılması üçün xüsusi alqoritmlərdən istifadə edir. Bu prosesin texniki tərəflərini izah etmək üçün əvvəlcə bir neçə əsas anlayışı bilmək lazımdır: Silinmiş faylların vəziyyəti Əksər fayl sistemlərində (məsələn, NTFS, FAT32, exFAT) fayl silindikdə, həmin fayl fiziki olaraq diskin üzərindən silinmir ki, bu zaman: Fayl sistemində faylın olduğu yer boş olaraq işarələnir və həmin sahə üzərində yeni məlumat yazıla bilməsi üçün icazə verilir; Faylın "metadata"-ları (fayl adı, ölçüsü, yaradılma tarixi və s.) xüsusi strukturlarda saxlanılır (məsələn, NTFS-də MFT / Master File Table). Bu səbəbdən, fayl silindikdən dərhal sonra onu bərpa etmək mümkündür, çünki həmin məlumat fiziki olaraq diskin üzərində qalır. Ancaq yeni məlumat həmin yerə yazıldıqd...

How To Install WordPress On Rocky Linux 9

WordPress is widely recognized as the preferred platform for building websites and blogs due to its ease of use and wide range of customization features. Suppose you’re considering installing WordPress on Rocky Linux, an open-source operating system known for its reliability. In that case, you’ll find the process to be quite straightforward when coupled with the LAMP stack – Linux, Apache, MySQL, and PHP. In the following article, we will guide you through each step of setting up WordPress on Rocky Linux using LAMP, allowing you to get your website or blog up and running smoothly in no time. So, let’s dive into the process! Install WordPress On Rocky Linux 9 Step 1: Update Your System in Rocky Linux Step 2: Installation process of LAMP Step 3: Install WordPress in Rocky Linux 9 Step 4: Configuration of Database Step 5: Configuration of WordPress Step 6: Configuration of Firewall settings Step 7: Log in to WordPress Step 1: Update Your System in Rocky Linux Before installing any new sof...

NTFS İcazələr

Salam dostlar. Bu məqalədə mən sizə   NTFS Permissions   (icazələr)   haqqında danışacam. Belə ki mövzuya keçməzdən əvvəl NTFS haqqında qısaca bilgi vermək istərdim. NTFS (New Technology File System)   Windows-un yeni bir fayl sistemidir və köhnə fayl sistemi olan FAT32-dən fərqli olaraq NTFS partition həcmini 2TB, fayl həcmini 16TB-dək və fayl adını maksimum olaraq 255 xarakter olaraq dəstəkləyir. NTFS fayl sisteminin loru dilində desək "xəta tolerantlığı" və "avtomatik bərpa" funksiyası da vardır. NTFS və FAT32 arasında ən mühüm fərqlərdən biri, NTFS-də məlumatların şifrələnməsi mövcuddursa, FAT32-də şifrələnmə mövcud deyildir. Yeri gəlmişkən qeyd edim ki, növbəti məqalələrimdən birində sizə   NTFS və FAT32   fayl sistemləri barəsində xeyli və əhatəli məlumat təqdim edəcəyəm. Beləliklə, indi isə NTFS icazələr mövzusuna keçid edək.  NTFS icazələr,   kateqoriya olaraq icazə, yetki və paylaşımlar toplusunu özündə əks etdirir və əsasən qovluq və fay...