Skip to main content

Postfix Haqqında (I Hissə)

Salam dostlar,

Bu məqaləmdə nəzəri olaraq "Postfix" haqqında bəhs edəcəm. Real məzmuna keçid etməzdən əvvəl, istərdim ki, loru dildə kiçik bir izah verim. Yəni, fərz edək ki, siz ünsiyyətin (communication) çox vacib və sıx olduğu bir ofisin idarə olunmasını həyata keçirirsiniz və bu işdə çox cavabdehsiniz. Bu zaman zənglər, mesajlar, "email" yazışmalar və s. hər saniyə daxil olur və göndərilir ki, onların alıcılara (recipient) tez və təhlükəsiz şəkildə çatdırılmasını (yönləndirilməsini) təmin etmək də məhz sizin məsuliyyətinizdədir. Bu səs-küylü sıx ofisdə olduğu kimi, kompüter şəbəkələri mühitində də e-poçtların çatdırılmasını (yönləndirilməsini) idarə edən məsuliyyətli "Relay Agent" (RA) və ya "Mail Transfer Agent" (MTA) adlı oxşar sistem mövcuddur ki, bunlardan da biri məhz "Postfix"-dir. Beləliklə:

"Postfix" nədir?

Açıq mənbə kodlu və pulsuz olan "Postfix" ən populyar "MTA"-lardan biridir, əsas funksiyası istifadəçilərdən və ya digər "MTA"-lardan e-poçtları qəbul etmək, onları emal etmək və sonra onları nəzərdə tutulan ünvanlara çatdırmaqdır.

"Postfix" necə işləyir?

E-poçt daxil olduqda, "Postfix" (zərfdəki) ünvanı (e-poçt başlığı) yoxlayır, hara getməli olduğunu müəyyən etmək üçün müvafiq və ilk olaraq çeşidləmə işini həyata keçirir. Lakin "Postfix" sadəcə e-poçtları kor-koranə göndərmir. Bu, e-poçt qəbul edənin ünvanının etibarlı olub-olmadığını, e-poçt göndərənin sistem vasitəsilə məktub göndərmək səlahiyyətinin olub-olmadığını yoxlayan, eləcə də həssas və vacib məlumatları qorumaq üçün şifrələmə kimi təhlükəsizlik tədbirlərini tətbiq edən ağıllı bir "MTA"-dır. Bəzən "Postfix" e-poçtun çatdırılmasında müəyyən çətinliklərlə üzləşə bilər, lakin bu zaman "Postfix" təslim olmur və e-poçt qarşı tərəfə çatana qədər yenidən göndərmə cəhdlərini həyata keçririr. "Postfix" təhlükəsizlik üçün alətlər və mexanizmləri, yəni e-poçt təhlükəsizliyini təmin etmək üçün şifrələmə, autentifikasiya, giriş nəzarəti (access control), spam filtrləmə və s. daxil olmaqla müxtəlif funksiyaları həyat keçirə bilir.

"Postfix"-in bəzi üstünlükləri

  • Təhlükəsizlik - "Postfix" giriş nəzarəti, "SMTP" autentifikasiyası, şifrələmə dəstəyi (TLS) və daxili spam filtrləmə imkanları kimi xüsusiyyətləri təklif edən təhlükəsizlik tədbirləri nəzərə alınmaqla hazırlanmışdır ki, məhz bu xüsusiyyətlər spam, zərərli proqramdan qorunmağa və "mail server"-ə icazəsiz girişin qarşısının alınmasına kömək edir;
  • Etibarlılıq - "Postfix" etibarlı və sabit bir sistemdir. O, böyük həcmli e-poçtları səmərəli idarə etmək üçün nəzərdə tutulmuşdur, müvəqqəti şəbəkə kəsilməsi və ya "server"-in dayanması zamanı e-poçtları çatdırmaq üçün növbəlilik funksiyasını da işə salır;
  • Performans - "Postfix" minimal resurs istifadəsi ilə yüksək e-poçt ötürmə funksiyasını həyata keçirir ki, bu da onu həm kiçik miqyaslı, həm də böyük müəssisə səviyyəli e-poçt sistemləri üçün daha uyğun edir;
  • Konfiqurasiyanın asan olması - "Postfix"-in konfiqurasiyası əsas quraşdırmalar üçün nisbətən sadədir ki, bu da idarəçilərə parametrləri öz tələblərinə uyğun fərdiləşdirməyə imkan verir;
  • Uyğunluq - "Postfix" müxtəlif e-poçt sistemləri ilə uyğunluğu təmin edərək, "SMTP", "POP3" və "IMAP" kimi standart e-poçt protokollarını dəstəkləyir. O, həmçinin spam filtrləri və antivirus skanerləri kimi e-poçt sistemlərində geniş istifadə olunan digər proqram komponentləri ilə də problemsiz şəkildə inteqrasiya oluna bilir. Ümumiyyətlə, "Postfix" təhlükəsizlik, performans və s. təklif edən güclü və etibarlı bir "MTA"-dır ki, bu da onu müxtəlif təşkilatlarda e-poçt infrastrukturunu idarə etmək üçün populyar seçimlərdən biri edir.

Dostlar,

Güman edirəm ki, "Postfix" haqqında bu yazım da faydalı olar.

Təşəkkür edirəm

Hörmətlə,

Müəllif
Araz Əhmədov

Comments

Popular posts from this blog

How To Install WordPress On Rocky Linux 9

WordPress is widely recognized as the preferred platform for building websites and blogs due to its ease of use and wide range of customization features. Suppose you’re considering installing WordPress on Rocky Linux, an open-source operating system known for its reliability. In that case, you’ll find the process to be quite straightforward when coupled with the LAMP stack – Linux, Apache, MySQL, and PHP. In the following article, we will guide you through each step of setting up WordPress on Rocky Linux using LAMP, allowing you to get your website or blog up and running smoothly in no time. So, let’s dive into the process! Install WordPress On Rocky Linux 9 Step 1: Update Your System in Rocky Linux Step 2: Installation process of LAMP Step 3: Install WordPress in Rocky Linux 9 Step 4: Configuration of Database Step 5: Configuration of WordPress Step 6: Configuration of Firewall settings Step 7: Log in to WordPress Step 1: Update Your System in Rocky Linux Before installing any new sof...

Fayl Bərpa Alqoritmləri

  Salam dostlar, Bu yazımda sizə fayl bərpa proqramlarının (Recuva, Wondershare, EaseUS Data Recovery və s.) faylları bərpa etməsi haqqında bəhs etmək istərdim ki, məhz bu proqramlar silinmiş məlumatların (şəkil, video, sənəd və s.) geri qaytarılması üçün xüsusi alqoritmlərdən istifadə edir. Bu prosesin texniki tərəflərini izah etmək üçün əvvəlcə bir neçə əsas anlayışı bilmək lazımdır: Silinmiş faylların vəziyyəti Əksər fayl sistemlərində (məsələn, NTFS, FAT32, exFAT) fayl silindikdə, həmin fayl fiziki olaraq diskin üzərindən silinmir ki, bu zaman: Fayl sistemində faylın olduğu yer boş olaraq işarələnir və həmin sahə üzərində yeni məlumat yazıla bilməsi üçün icazə verilir; Faylın "metadata"-ları (fayl adı, ölçüsü, yaradılma tarixi və s.) xüsusi strukturlarda saxlanılır (məsələn, NTFS-də MFT / Master File Table). Bu səbəbdən, fayl silindikdən dərhal sonra onu bərpa etmək mümkündür, çünki həmin məlumat fiziki olaraq diskin üzərində qalır. Ancaq yeni məlumat həmin yerə yazıldıqd...

DRAM, SRAM və CPU Cache Haqqında

Salam dostlar, Bu məqaləmdə sizə  "DRAM", "SRAM"  və  "CPU Cache"  haqqında bəhs edərək, "DRAM" və "SRAM" arasındakı bəzi fərqləri izah edəcəm. Beləliklə, "DRAM", "SRAM" və "CPU Cache" nədir? Bildiyiniz kimi kompüterin müxtəlif yaddaş növləri vardır ki, onlardan bəziləri "DRAM", "SRAM" və "CPU Cache" yaddaş növləridir. "DRAM"  "Dynamic Random Access Memory" adlanır və "RAM" modulunda istifadə edilir. "DRAM" məlumatları saxlamaq üçün kondensatorlardan istifadə edən bir yaddaşdır və bu kondensatorlar məlumatları saxlamaq üçün daim və dinamik şəkildə elektrik enerjisi ilə təchiz olunaraq (refresh) yenilənir; "SRAM"  "Static Random Access Memory" adlanır və  "CPU Cache"  modulunda istifadə edilir. "DRAM"-dan fərqli olaraq "SRAM"-da (refresh) yenilənmə prosesi baş vermir, lakin "SRAM"...