Skip to main content

Password Managers

 Salam dostlar,

Bu məqalədə bəzi parol saxlama menecerləri (password managers) haqqında bəhs etmək istərdim. Belə ki, təhlükəsizliyin artırılması və istifadəçi rahatlığının təmin edilməsi məqsədilə nəzərdə tutulmuş və bu istiqamətdə əhəmiyyətli rol oynayan parol saxlama menecerləri, istifadəçilərə parollarını təhlükəsiz şəkildə saxlamağa və müxtəlif cihazlar arasında sinxronizasiya etməyə kömək edir. Beləliklə, həmin parol saxlama menecerlərini ətraflı şəkildə nəzərdən keçirək və müqayisə edək:

"Bitwarden"

  • "AES-256 bit" şifrələmə metodunu istifadə edir;
  • "Windows", "macOS", "Linux", "iOS" və "Android" əməliyyat sistemi platformalarını dəstəkləyir;
  • Pulsuz versiyası mövcud olsa da "premium" versiyası illik abunə ilə təmin edilir;
  • Təhlükəsizlik monitorinqi, iki faktorlu identifikasiya, sinxronizasiya, bir neçə istifadəçi üçün hesab paylaşımı və s. mövcuddur;
  • "User friendly" interfeysi var, açıq mənbə kodludur və qiyməti münasibdir;
  • Bəzi üstün xüsusiyyətlər yalnız ödənişli versiyada mövcuddur.

"1Password"

  • "AES-256 bit" şifrələmə metodunu istifadə edir;
  • "Windows", "macOS", "Linux", "iOS" və "Android" əməliyyat sistemi platformalarını dəstəkləyir;
  • Abunə əsaslı, fərdi və komanda (business) planı tipi kateqoriyaları mövcuddur;
  • “Travel mode” funksiyası, təhlükəsizlik monitorinqi, iki faktorlu identifikasiya mövcuddur;
  • Təhlükəsizlik baxımından yüksək reytinqə malikdir, "user friendly" interfeysi var və qiyməti yüksəkdir;

"NordPass"

  • "AES-256 bit" şifrələmə metodunu istifadə edir;
  • "Windows", "macOS", "Linux", "iOS" və "Android" əməliyyat sistemi platformalarını dəstəkləyir;
  • Pulsuz versiyası mövcud olsa da "premium" versiyası illik abunə ilə təmin edilir;
  • Təhlükəsizlik monitorinqi, iki faktorlu identifikasiya və şifrə generatoru mövcuddur;

  • "User friendly" interfeysi var və istifadəçilər üçün bəzi xüsusiyyətlər azlıq təşkil edir.

"Dashlane"

  • "AES-256 bit" şifrələmə metodunu istifadə edir;
  • "Windows", "macOS", "Linux", "iOS" və "Android" əməliyyat sistemi platformalarını dəstəkləyir;
  • "User friendly" interfeysi var, pulsuz versiyası mövcud olsa da "premium" və "family" versiyaları illik abunə ilə təmin edilir;
  • Şifrə dəyişdirmə aləti, təhlükəsizlik monitorinqi, "VPN" və s. mövcuddur, qiyməti nisbətən yüksəkdir.

"RoboForm"

  • "AES-256 bit" şifrələmə metodunu istifadə edir;
  • "Windows", "macOS", "iOS" və "Android" əməliyyat sistemi platformalarını dəstəkləyir;
  • Pulsuz versiyası mövcud olsa da "premium" versiyası illik abunə ilə təmin edilir;
  • İki faktorlu identifikasiya mövcuddur və qiyməti münasibdir;
  • "User friendly" interfeysi var və bəzi üstün xüsusiyyətlər yalnız ödənişli versiyada mövcuddur.

"Keeper"

  • "AES-256 bit" şifrələmə metodunu istifadə edir;
  • "Windows", "macOS", "Linux", "iOS" və "Android" əməliyyat sistemi platformalarını dəstəkləyir;
  • "User friendly" interfeysi var, qiyməti nisbətən yüksəkdir, pulsuz versiyası mövcud olsa da "premium" və "family" versiyaları illik abunə ilə təmin edilir;
  • Təhlükəsizlik monitorinqi, iki faktorlu identifikasiya və şifrə generatoru mövcuddur;

"LastPass"

  • "AES-256 bit" şifrələmə metodunu istifadə edir;
  • "Windows", "macOS", "Linux", "iOS" və "Android" əməliyyat sistemi platformalarını dəstəkləyir;
  • "User friendly" interfeysi var, pulsuz versiyası mövcud olsa da "premium" versiyası illik abunə ilə təmin edilir və pulsuz versiyası geniş xüsusiyyətləri təqdim edir;
  • Təhlükəsizlik baxımından bəzən çatışmazlıqları olsa da şifrə generatoru və iki faktorlu identifikasiya mövcuddur.

"Enpass"

  • "AES-256 bit" şifrələmə metodunu istifadə edir;
  • "Windows", "macOS", "Linux", "iOS" və "Android" əməliyyat sistemi platformalarını dəstəkləyir;
  • Geniş (qlobal) sinxronizasiya imkanları var, qiymət nisbətən münasibdir, pulsuz versiyası mövcud olsa da "premium" versiyası illik abunə ilə təmin edilir
  • Bəzi üstün xüsusiyyətlər yalnız ödənişli versiyada mövcuddur;
  • İki faktorlu identifikasiya və şifrə generatoru mövcuddur.

"LogMeOnce"

  • "AES-256 bit" şifrələmə metodunu istifadə edir;
  • "Windows", "macOS","iOS" və "Android" əməliyyat sistemi platformalarını dəstəkləyir;
  • Biometrik identifikasiya, şifrə dəyişdirmə xüsusiyyətləri var və pulsuz versiyası mövcud olsa da "premium" versiyası illik abunə ilə təmin edilir.

"KeePass"

  • "AES-256 bit" şifrələmə metodunu istifadə edir;
  • "Windows", "macOS" və "Linux" əməliyyat sistemi platformalarını dəstəkləyir;
  • Açıq mənbə kodludur, qiyməti pulsuzdur, müxtəlif və güclü təhlükəsizlik xüsusiyyətləri mövcuddur.

Dostlar,

Beləliklə, hər bir parol saxlama meneceri özünəməxsus, üst səviyyəli təhlükəsizlik xüsusiyyətlərinə malikdir və qiymət baxımından da parol mencerləri müxtəliflik təşkil edir. Lakin pulsuz və açıq mənbə kodlu parol saxlama menecerləri də təhlükəsizlik baxımından bəzi güclü seçimləri təqdim edir. Unutmayaq ki, zaman-zaman bir neçə parol saxlama meneceri də bəzi təhlükəsizlik boşluqlarına görə kiber hücumlara məruz qalmışdır ki, ona görə də hər hansı bir parol saxlama menecerini istifadə etməzdən əvvəl, rəsmi sayta istinad etmək və dərin araşdırmalar etmək çox vacibdir.

Dostlar,

Güman edirəm ki, bu məqaləm də maariflənməniz istiqamətində sizin üçün faydalı olar.

Təşəkkür edirəm

Hörmətlə,

Müəllif

Araz Əhmədov

Comments

Popular posts from this blog

Fayl Bərpa Alqoritmləri

  Salam dostlar, Bu yazımda sizə fayl bərpa proqramlarının (Recuva, Wondershare, EaseUS Data Recovery və s.) faylları bərpa etməsi haqqında bəhs etmək istərdim ki, məhz bu proqramlar silinmiş məlumatların (şəkil, video, sənəd və s.) geri qaytarılması üçün xüsusi alqoritmlərdən istifadə edir. Bu prosesin texniki tərəflərini izah etmək üçün əvvəlcə bir neçə əsas anlayışı bilmək lazımdır: Silinmiş faylların vəziyyəti Əksər fayl sistemlərində (məsələn, NTFS, FAT32, exFAT) fayl silindikdə, həmin fayl fiziki olaraq diskin üzərindən silinmir ki, bu zaman: Fayl sistemində faylın olduğu yer boş olaraq işarələnir və həmin sahə üzərində yeni məlumat yazıla bilməsi üçün icazə verilir; Faylın "metadata"-ları (fayl adı, ölçüsü, yaradılma tarixi və s.) xüsusi strukturlarda saxlanılır (məsələn, NTFS-də MFT / Master File Table). Bu səbəbdən, fayl silindikdən dərhal sonra onu bərpa etmək mümkündür, çünki həmin məlumat fiziki olaraq diskin üzərində qalır. Ancaq yeni məlumat həmin yerə yazıldıqd...

How To Install WordPress On Rocky Linux 9

WordPress is widely recognized as the preferred platform for building websites and blogs due to its ease of use and wide range of customization features. Suppose you’re considering installing WordPress on Rocky Linux, an open-source operating system known for its reliability. In that case, you’ll find the process to be quite straightforward when coupled with the LAMP stack – Linux, Apache, MySQL, and PHP. In the following article, we will guide you through each step of setting up WordPress on Rocky Linux using LAMP, allowing you to get your website or blog up and running smoothly in no time. So, let’s dive into the process! Install WordPress On Rocky Linux 9 Step 1: Update Your System in Rocky Linux Step 2: Installation process of LAMP Step 3: Install WordPress in Rocky Linux 9 Step 4: Configuration of Database Step 5: Configuration of WordPress Step 6: Configuration of Firewall settings Step 7: Log in to WordPress Step 1: Update Your System in Rocky Linux Before installing any new sof...

NTFS İcazələr

Salam dostlar. Bu məqalədə mən sizə   NTFS Permissions   (icazələr)   haqqında danışacam. Belə ki mövzuya keçməzdən əvvəl NTFS haqqında qısaca bilgi vermək istərdim. NTFS (New Technology File System)   Windows-un yeni bir fayl sistemidir və köhnə fayl sistemi olan FAT32-dən fərqli olaraq NTFS partition həcmini 2TB, fayl həcmini 16TB-dək və fayl adını maksimum olaraq 255 xarakter olaraq dəstəkləyir. NTFS fayl sisteminin loru dilində desək "xəta tolerantlığı" və "avtomatik bərpa" funksiyası da vardır. NTFS və FAT32 arasında ən mühüm fərqlərdən biri, NTFS-də məlumatların şifrələnməsi mövcuddursa, FAT32-də şifrələnmə mövcud deyildir. Yeri gəlmişkən qeyd edim ki, növbəti məqalələrimdən birində sizə   NTFS və FAT32   fayl sistemləri barəsində xeyli və əhatəli məlumat təqdim edəcəyəm. Beləliklə, indi isə NTFS icazələr mövzusuna keçid edək.  NTFS icazələr,   kateqoriya olaraq icazə, yetki və paylaşımlar toplusunu özündə əks etdirir və əsasən qovluq və fay...